Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qayınanasını öldürən şəxsə ağır cəza istənildi: 19 il 6 ay müddətinə həbs

Tarix 11.07.18, 1:07

Font ölçüsü : - / +
bitmap-img6


Qayınanasını öldürən şəxsin məhkəməsi davam etdirilib

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Cavad İbrahimov yenə də məhkəməyə arxasını çevirib.

Prosesdə sövlət ittihamçısı çıxış edib. Prokuror C.İbrahimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihamda yazılır ki, Cavid İbrahimov heç bir yerdə işləməyib və tüfeyli həyat tərzi sürüb. Qayınanası Nigar Namazova buna görə ona bir neçə dəfə iradını bildirib, işləməsini, ailəsinə baxmasını istəyib. İttihamda göstərilir ki, sonuncu mübahisə zamanı C.İbrahimov özündəngetmə xəstəliyi olan qayınanasını köməksiz vəziyyətdə olarkən döyməyə başlayıb. C.İbrahimov qayınanasının bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib və onun ölümünə səbəb olub.

Cavad İbrahimov ilkin ifadəsində özünü qismən təqsirli bilib. İbrahimov ifadəsində bildirib ki, qaynanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb. Cavad İbrahimovun iddiasına görə, qaynanası ona intim münasibətdə olmağı təklif edib. O da bundan əsəbləşərək qaynanasını vurub.

Xatırladaq ki, hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova boğularaq öldürülüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham verilib.



Xəbərin oxunma sayı : 172




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap