![]() |
|














Qaynının arvadına vuruldu, onu Bakıya qaçırıb... – Görünməmiş hadisə
Tarix 12.03.20, 22:58 |
|
300.jpg)
Şəkidə adam oğurluğunda ittiham olunan 1968-ci il təvəllüdlü Tərlan Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Tərlan Babayev Samirə Məmmədovanın (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) yaşadığı evə gəlib. O, hasardan həyətə keçərək evin içərisində Samirə Məmmədovanın boğazından tutaraq boğub, sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.
Tərlan Babayev Samirə Məmmədovanı zor tətbiq etməklə yaşadığı ünvandan oğurlayıb və Bakı şəhəri Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivinə gətirib. Həmin ünvanda Samirə Məmmədovanı üç gün saxlayıb.
“Qaynımın arvadı ilə söz-söhbəti yarandı”
İstintaq orqanı tərəfindən Tərlan Babayevin barəsində Cinayət Məcəlləsinin 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, anasının xalası qızı Xumarla 1994-cü ildə ailə həyatı qurub və onun həmin nikahdan bir oğlu var: “Öz ailəm ilə birlikdə uzun müddət Bakı şəhərində yaşamışam. 2003-cü ildə isə Şəki şəhərinə köçmüşük. Qohum kimi qaynanam Səlimənin evinə gedib-gəlmişəm.
Təxminən bir il qabaq qaynım Rasimin arvadı Samirəgilin evlərində söz-söhbət yarandı. Samirə də acıq edərək anasıgilə getdi. Bəzən arvadım, bəzən özüm, bəzən isə Rasim gedərək Samirəni anası evindən götürüb və öz evinə gətirmişik”.
“Cinsi yaxınlıq etdik”
Təqsirləndirilən şəxs qeyd edib ki, qaynının evində yaranan söz-söhbəti çözmək istəyib: “Samirə ilə qaynanası arasında yaranmış mübahisəni çözmək üçün onunla yaxın münasibət yaratdım. Bundan sonra biz tez-tez görüşdük və cinsi yaxınlıq etdik.
Buna görə 2015-ci ilin avqustunda Samirəni Bakı şəhərində yaşayan anamın evinə apardım. Orada bir neçə gün Samirə ilə qaldıq. Sonra onu Qax rayonunun Dəymədağlı kəndində yaşayan əmim oğlu Səlimin evinə apardım. Təxminən 4 gün orada qaldıqdan sonra Şəki şəhərinə getdim. Samirə isə oradan çıxaraq anası evinə yollandı”.
“Yazdım ki, məni meydanda tək qoydun”
Tərlan Babayev bildirib ki, bundan sonra Samirənin anasının vasitəsi ilə onunla telefon əlaqəsi yaratmağa cəhd edib, lakin buna nail ola bilməyib: “Təxminən 10 gün ərzində Samirə ilə əlaqə saxlaya bilmədim. Həmin ərəfədə mənə xəbər çatdı ki, Samirə əri Rasimdən onu boşamasını istəyib. Ərinə bildirib ki, mənimlə qoşulub getdiyi gündən bir yerdə olmuşuq.
Bunu eşidəndən sonra arvadımdan boşanmaq üçün Şəki rayon Məhkəməsinə ərizə verdim. Samirə ilə əlaqə saxlaya bilmədiyim üçün təxminən 10 gündən sonra ona məktub yazdım, sonuncunun anasının həyətinə atdım.
Həmin məktubda Samirəyə yazdım: “Eşitdim səni qıfıl altında saxlayırlar, istədiyin bir şey varmı? Sən nə üçün belə etdin, məni meydanda tək qoyub getdin, axı biz bir-birimizə söz vermişdik ki, sən də boşanacaqsan, mən də boşanacam. Sonra biz evlənəcəyik. Mən arvadımdan boşanmaq üçün ərizəmi yazıb verdim, sən nə üçün boşanma ərizəsi yazmırsan? Sən bu hərəkətinlə məni tək qoyursan, cavab yaz, çöldə gözləyirəm”.
Samirə də həmin vaxt salfet kağızına “zəng vuracam” sözlərini yazıb yola atdı. Həmin kağızı oxuduqdan sonra cırıb atdım”.
“Dedim ki, aramızda razılıq olub”
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, həmin gün günorta üstü Samirə anasıgilin ev telefonundan onun mobil telefonuna zəng edib: “Samirə bildirdi ki, mümkün deyil, anam deyir ki, sən getsən, mən özümü asıb öldürəcəm. Sən bilirsən mən səni sevirəm, ancaq mənim səninlə getməyim mümkün deyil.
Samirəyə “sən nə danışırsan, bizim aramızda razılıq olub” - deyə söylədim. Samirə mənə qapı döyüldüyünü, sonra zəng edəcəyini söylədi, dəstəyi asdı. Bundan sonra daha mənə zəng etmədi”.
“Samirəni aparacağımı dedim”
Tərlan Babayevin sözlərinə görə, səhəri gün Samirəyə yenə məktub yazaraq həyətlərinə atıb: “Həmin məktubda Samirəyə müraciətlə qısa olaraq yazdım ki, sən məni niyə atdın, axı, biz belə danışmamışdıq, bundan sonra mən nə edim, sualıma cavab ver.
Bundan bir gün sonra, yəni sentyabrın 9-da Bakı şəhərində yaşayan qohum Aynur mənə zəng etdi və mənim Samirə ilə danışmaq istəyində olub-olmadığımı öyrəndi. Aynura bunu istədiyimi bildirdim.
Aynur Rasimin mobil telefonuna zəng etdi, Samirə ilə danışan zaman eyni vaxtda məni də həmin danışığa qoşdu.
Telefonla danışan zaman Aynur Samirəyə dedi ki, əgər istəyirsənsə, həftənin 6-cı günü gəlib səni aparsın. Samirə isə buna razı olmadı. Aynura sabah gedib Samirəni aparacağını dedim.
Aynur mənə zəng edib Samirəni götürməyim üçün dəqiq vaxtı deyəcəyini bildirdi. Bir neçə dəqiqədən sonra Aynur mənə zəng etdi, sabah, yəni sentyabrın 10-da, səhər saat 08.45-də avtomobillimlə Samirənin yaşadığı evin qapısının yanında olmağımı, Samirənin siqnal səsini eşidərək çıxacağını dedi. Mən də razılaşdım”.
“Evdəkilər bilməsin deyə əynini dəyişmədiyini bildirdi”
Tərlan Babayev deyib ki, sentyabrın 10-da səhər tezdən avtovağzala gedib və orada Şəki-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olan “Merecedez Benz” markalı avtomaşının sürücüsü Eldarla danışıb, arvadı ilə birlikdə Bakı şəhərinə getmək istədiyini bildirib və yol xərcini soruşub: “Sürücü 50 manata aparacağını bildirdi. Sürücü ilə razılaşdım və biz təxminən yarım saatdan sonra “Kapital Bank”ın Şəki filialının binasının qarşı tərəfində, kafedə görüşdük.
Saat 08.40-da həmin sürücünun idarə etdiyi avtomaşınla Samirənin anasıgilin yaşadığı ünvana getdik. Sürücü maşını evin qarşısında saxladı, mənim istəyimlə siqnal verdi. Samirə evdən çıxmadı. Maşından düşərək Samirənin anasının həyətinə girdim. Həyətdə Samirəni çağıranda, ev paltarında həyətə çıxdı.
Samirədən nə üçün əynini dəyişmədiyini soruşanda, evdəkilər bilməsin deyə əynini dəyişmədiyini bildirdi. Mən də bir söz demədim, birlikdə yola çıxdıq. Samirə avtomaşının arxa oturacağında, mən isə qabaq oturacaqda oturduq. Eldar avtomaşını sürdü”.
“Başını dizimin üstünə qoydu”
Tərlan Babayevin sözlərinə görə, Oğuz rayonunun ərazisində yanacaq doldurma məntəqəsində avtomaşına yanacaq vuran zaman Eldara yanacaq vurmaq üçün 50 manat pul verib, özü də keçib arxa oturacaqda Samirənin yanında oturub: “Eldar avtomaşına yanacaq vurandan sonra yola düşdük. Biz Qəbələ rayonunun Zarağan kəndi ərazisinə çatanda sürücüdən su olan yerdə maşını saxlamasını istədim. Sürücü yolun kənarında yerləşən məscidin yaxınlığında avtomaşını saxladı. Samirə ilə avtomaşından düşdük və həmin məscidin həyətində əl-üzümüzü yuyduq.
Sonra avtomaşının arxa oturacağında oturduq, yenidən yola düşdük. Bir qədər getdikdən sonra yolun kənarında mağazanın yanında sürücü avtomaşını saxladı. Sürücü ilə avtomaşından düşüb, mağazaya getdik. Həmin vaxt Samirə avtomaşında tək idi. Yenidən yola düşdük, bir qədər gedəndən sonra Samirə başını dizimin üstünə qoydu, arxa oturacağın üzərində uzandı”.
“İdman gödəkçəsini götürərək mənə verdi”
Təqsirləndirilən şəxs deyib ki, İsmayıllı rayonunun ərazisində sürücü yolüstü sərnişin götürmək üçün avtomaşını saxlayıb: “Bu vaxt bir nəfər avtomaşına yaxınlaşdı, arxa tərəfə baxdı və gedəsi olmadığını bildirdi. Sürücü məndən nə isə bir problem olub-olmadığını soruşdu. Sürücüyə heç bir problem olmadığını bildirdim.
Həmin vaxt Samirə uzandığı və pəncərə açıq olduğu üçün sürücüdən odeyal istədim. Sürücü avtomaşının arxa yük yerindən idman gödəkçəsini götürərək mənə verdi.
Mən həmin gödəkçəni Samirənin üstünə örtdüm. Bir qədər də getdikdən sonra sürücü yolun kənarında dayandı, bir nəfəri götürdü. Sərnişin qabaqda əyləşdi və biz yola davam etdik. Həmin sərnişin Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında düşdü.
Sürücüdən bizi Günəşli qəsəbəsi “AB” yaşayış massivinə aparmasını xahiş etdim. Sürücü məndən əlavə 15 manat istədi, razılaşdım. Sürücü bizi həmin ünvana apardı. Samirə ilə birlikdə avtomaşından düşdük, qohumum Bəhruzun evinə getdik. Biz üç gün Bəhruzun evində qaldıq”.
“Samirəni zorla qaçırmamışam”
Tərlan Babayevin ifadəsinə görə, sentyabrın 14-də şəhərə çıxıb və həmin gün saat 17.00-da evə qayıdarkən Samirə evdə olmayıb: “Samirəni məhəllədə axtardım. Lakin tapa bilmədim. Sentyabrın 16-da polis əməkdaşları mobil telefonuma zəng etdi, anamın evində olduqlarını dedilər, məni evə çağırdılar. Evə gəldikdən sonra polis əməkdaşları ilə birlikdə Şəki şəhərinə gəldik.
Sonradan bildiyimə görə, Samirəyə evlərindən deyilib ki, uşaqları internat məktəbinə qoyulub, uşaqlara qonşular baxır və o, tez evə gəlsin. Buna görə Samirə Bəhruzun evindən çıxıb gedib. Samirəyə heç vaxt hədə-qorxu gəlməmişəm, onu vurmamışam və zorla qaçırmamışam”.
“Tərlan ailəmi dağıdıb, məni el içində rüsvay edib”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Məmmədova ifadəsində əvvəllər aralarında olan sevgi söhbətlərindən danışıb. O, ifadəsinin sonunda Tərlan Babayevin zorla onu qaçırdığını qeyd edib.
Bildirib ki, Tərlanın onu aparmaq təklifi ilə əvvəl razılaşsa da, sonra bu fikrindən daşınıb və onunla getməkdən imtina edib: “Tərlan isə məni vurdu, zorla özü ilə apardı. Bakı şəhərində Tərlan məni ayrı-ayrı vaxtlarda polis əməkdaşları Xəzər Cəbrayılov və Etibar Əliyevlə telefonda calaşdıran zaman sonunculara yalandan Tərlanla öz xoşu ilə getdiyimi bildirdi.
Həmin vaxt Tərlan üzərində gəzdirdiyi xəncəri mənim boğazıma dirəyərək, hədə-qorxu gəldi. Mən də yalan söyləməyə məcbur oldum. Tərlan mənim ailəmi dağıdıb, məni el içində rüsvay edib”.
8 il cəza verildi
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Samirə Məmmədova apelyasiya şikayəti verib.
Samirə Məmmədova birinci instansiya məhkəməsi tərəfindən Tərlan Babayevə təyin olunmuş cəza ilə razı olmadığını qeyd edib. O, Tərlan Babayevin cəzasının ağırlaşdırılmasını istəyib.
Təqsirləndirilən Tərlan Babayev də apelyasiya şikayəti verib. O, apelyasiya instansiya məhkəməsində işin istintaqla aparılmasını, barəsində olan cinayət işi üzrə ədalətli qərar qəbul edilməsini istəyib.
Şikayət edildi, cəza 1 il artırıldı
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Samirə Məmmədovanın şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Tərlan Babayevin cəzası 9 ilə qədər artırılıb. Tərlan Babayevin şikayəti isə təmin olunmayıb.
Bu qərardan narazı qalan Tərlan Babayev kasasiya şikayəti verib. O, kasasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan prosesdə şikayətin təmin olunmaması barədə qərar qəbul edilib.
Xəbərin oxunma sayı : 1498
Kriminal
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV