Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qazaxın işğaldakı kəndləri qaytarılır – Rus sülhməramlıları ərazidə

Tarix 08.03.21, 12:42

Font ölçüsü : - / +
bitmap-img6


Martın 7-də Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş bölgəsinə gəliblər. Onlar 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuş ərazidə, Azərbaycanın Barxudarlı kəndi ətrafında demarkasiya tədbirləri həyata keçirirlər.

Eyni zamanda, Azərbaycan hərbçilərinin bu zonaya gəlişi barədə məlumatlar verilir. Bildirilir ki, onlar ermənilərlə müəyyən ərazilərin azad edilməsi üçün danışıqlara başlayıb.

Bu barədə bir neçə erməni KİV və Telegram kanalı Taush bölgəsinin yerli hakimiyyət orqanlarına istinadən məlumatlar yayıb.

Erməni müxalifətçiləri də öz növbəsində Ermənistan hakimiyyətini növbəti dəfə torpaq təslimində və xəyanətdə günahlandırdılar. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi “Ermənistan ərazilərinin” təslim edilməsinin mümkün olmadığını bildirib.

Əslində bu bəyanat baş verənlərə zidd deyil ki, çünkü bu istiqamətdə ermənilər iki Azərbaycan anklavını işğal ediblər və söhbət burada yerləşən Bağanis Ayrım, Barxudarlı, Sofulu, Yuxarı Əskipar, Aşağı Askipar, Yeyrimli, Qızılhacılı kəndlərindən gedir.

Azərbaycandan Ermənistana (İcevan və Noyemberyana) gedən avtomobil və dəmir yolları bu anklavlardan keçir. Erməni tərəfi Rusiyaya məhz bu yolun, Zəngəzur dəhlizindən deyil, açılmasının vacibliyindən danışır. Bunu nəzərə alaraq, bu yoldan istifadə məsələsinin Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması şərtilə reallaşa biləcəyini güman etmək olar. Eyni zamanda, aydındır ki, , Bakının buna o zaman razılıq verə bilər ki, həm də Zəngəzur dəhlizi açılsın. ( Turan)



Xəbərin oxunma sayı : 1378




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap