Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub Hüseynin anası Rozanı məhkəməyə verir Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu” Azərbaycanlı model ilk onluğa düşdü – FOTO
Axtar
 
  • / Maqazin / — 17 İyun 2018

    Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub

  • / Maqazin / — 17 İyun 2018

    Hüseynin anası Rozanı məhkəməyə verir

  • / Maqazin / — 06 İyun 2018

    Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu”

  • / Maqazin / — 04 İyun 2018

    Azərbaycanlı model ilk onluğa düşdü – FOTO

  • / Maqazin / — 04 İyun 2018

    Özünüz soyunursuz cəhənnəmə, üzümüzün abrını soyundurmayın!

  • / Hadisə / — 03 İyun 2018

    Yarım milyonluq üzüyünü restoranda unutdu

Qazaxıstandan Atambayevin çıxışına cavab: sərhəddə böyük tıxaclar yaranıb

Tarix 11.10.17, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstan hökumətinin Qırğızıstan prezidenti Almazbəy Atambayevin Nursultan Nazarbayev barədə söylədiyi fikirlərə cavabı özünü çox gözlətməyib

Dünən axşam saat 18.00-dan etibarən Qazaxıstan-Qırğızıstan sərhədində böyük tıxaclar yaranmağa başlayıb.

“Yeni Müsavat” “Sputnik Qazaxıstan”a istinadən məlumat verir ki, tıxaclara səbəb Qazaxıstan tərəfindən insanların və avtomobillərin sərhəd səhədləşmələrinin ləng həyata keçirilməsidir. Belə ki, Qazaxıstan sərhədçiləri bir nəfərin sənədlərini yarım saata, bir maşını isə 1,5 saata yoxlayıb buraxırlar. Bu üzdən də sərhəd-keçid məntəqələrində kilometrlərlə uzanan tıxaclar yaranıb.

Qırğızıstan Dövlət Sərhəd Xidməti onlar tərəfdən keçid prosedurlarının həyata keçirilməsində hər hansı məhdudiyyət tətbiq olunmadığını açıqlayıb. Bu ölkənin TV-lərində 6-7 saat sərhəd məntəqələrində növbə gözləyən insanların problemin Qırğızıstan prezidentinin Qazaxıstanlı həmkarı barədə söylədiyi fikirlərə görə yarandığını söylədikləri süjetləri efirə veriblər.

Qazaxıstan tərəfi bir neçə saat öncə Qırğızıstanla sərhəddə yaranan tıxaclarla bağlı açıqlama yayıb. Bu ölkənin Xalq Təhlükəsizlik Komitəsinin məlumatında bildirilir ki, Qazaxıstan bütün dövlət sərhədi boyunca, o cümlədən Qırğızıstanla sərhəddə də nəzarət-yoxlama prosedurlarını gücləndirib: “Bu əməliyyatın əsas məqsədi sərhəd ərazilərində hüquqazidd fəaliyyətlərin qarşısının alınması, terrorçuluq, qaçaqmalçılıqla məşğul olan şəxslərin aşkarlanması, sərhəd rejimi və miqrasiya qanunvericiliyinə əməl olunmasının təmin edilməsidir.”

Qurum bildirir ki, Qazaxıstan sərhədini keçən fiziki şəxslərin, avtomobillərin, yük maşınlarının yoxlanması gücləndirilsə də, ölkəyə giriş-çıxış dayandırılmayıb.

Xatırladaq ki, A.Atambayev oktyabrın 9-da ölkəsinin dövlət mükafatlarının təqdimetmə mərasimindəki çıxışı zamanı N.Nazarbayevi və Qazaxıstan rəhbərliyini dövlət malını talamaqda, korrupsiyada, Qırğızıstanın daxili işlərinə, həmçinin prezident seçkilərinə müdaxilədə ittiham edib.



Xəbərin oxunma sayı : 106

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda