Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qazax xalqına müraciət edən kriminal avtoritet kimdir? - Maraqlı faktlar (VİDEO)

Tarix 07.01.22, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (Arman Dikiy) Qazaxstanın Almatı şəhərində narazı kütlənin qarşısına çıxaraq onları təxribatlara uymamağa çağırıb. 

Qaynarinfo xəbər verir ki, uzun müddətdir Türkiyədə məskunlaşan Cumagəldiyev Qazaxstanda ara qarışandan sonra ölkəyə qayıdıb. O, baş verənlərin mitinq yox, xaos olduğunu vurğulayıb.

Arman Cumagəldiyevin adı 2019-cu ildən bu yana populyarlaşmağa başlayıb. O, 2020-ci ildə qətlə yetirilən azərbaycanlı "oğru” Nadir Səlifovun (Lotu Quli) yaxın dostu olub. "Lotu Quli"nin kriminal dünyadakı konfliktlərindən biri Armanın adı ilə bağlıdır. Söhbət gürcü əsilli "oğru” Quram Çixladzenin (Kvejoviç) vurulmasından gedir. Çixladzenin "Lotu Quli" ilə saymazyana tonda danışması həmin vaxt orada olan Arman Cumagəldiyevin xoşuna gəlməyib və qazax əsilli avtoritet ona yumruq zərbəsi endirib. "Lotu Quli" dərhal insidentin qarşısını alıb və Cumagəldiyevə Çıxladzenin "oğru” olduğunu bildirib. 



Kriminal aləmdə "oğru”ya əl qaldırmaq böyük yanlış hesab edilir. Bu baxımdan, Quram Çixladze Arman Cumagəldiyevin cəzalandırılmasını, eyni zamanda "Lotu Quli"nin "oğru” titulundan məhrum edilməsini tələb edib. Bu məsələyə Badri Koquaşvili kimi nüfuzlu "oğru"lar da qarışıb. Lakin "sxodka” zamanı bəlli olub ki, Quram Çixladze hələ "Lotu Quli" ilə görüşməmişdən əvvəl Arman Cumagəldiyevlə rastlaşıb və özünü ona biznesmen kimi təqdim edib. Beləliklə, aydın olub ki, Arman Çixladzeni vurarkən onun "oğru” titulu daşımasından xəbərsiz olub. Beləliklə, Cumagəldiyev və Lotu Qulinin arqumentləri güclü olduğunda Çixladze və onu dəstəkləyənlər "sxodka”dan məğlub ayrılıblar. 

Bu olaydan sonra Cumagəldiyev daha da populyarlaşıb. Rəqibləri isə onun Qazaxstan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham etməyə başlayıblar. Rusiya KİV-lərində dərc edilən materiallarda Armanın rəqiblərinə (onların adı çəkilmir) istinadən iddia olunur ki, Cumagəldiyev Qazaxstan xüsusi xidmət orqanlarının ştatdankənar xəfiyyəsidir. Eyni zamanda iddia olunur ki, o, Qazaxstanın hakim partiyasının üzvü olub.

İddialara görə, Arman Cumagəldiyev kriminal aləmdə 2005-ci ildə Qazaxstanın Şımkənd şəhərində fəaliyyət göstərən "Turist” otelinə toplaşmış müxalifətçilərə qarşı basqının fəal iştirakçısı olub. Həmin vaxt onun müxalifətçilərə qarşı xüsusi qəddarlığı ilə seçildiyi bildirilir.  

Cumagəldiyev bu əməlinə görə bir il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Qazaxstanın keçmiş prezidenti Nursultan Nazarbayevun qızı Dəriqə Nazarbayevaya məktub yazaraq onu "düşmənə qarşı mübarizədə” güc tətbiq etməyə çağırıb. 







Xəbərin oxunma sayı : 1210




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap