Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb –FOTO

Tarix 24.05.19, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


Qazax rayonunda arxeoliji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapılıb

Arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazax rayonunun Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb. Burada, son tunc erkən dəmir dövrünə aid çox sayda maddi mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb. Bundan başqa, ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl 2-ci minilliyin sonu, 1-ci minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. Həmin qəbrlərdə olan sümüklər oxla öldürülmüş insanın sümükləridir. Əksər qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb. Ərazidən həmçinin daşdan hazırlanmış əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da aşkar edilib.

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da arxeoloqlar tədqiqat işlərini davam etdirirlər. Qazıntı zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub.

Qeyd edək ki, “Əziztəpə” abidəsinin ərazisi 3 hektara yaxın sahəni əhatə edir. Lakin yol dəhlizinə düşən hissədə aparılan tədqiqatlar nəticəsində bu abidənin yalnız bir hissəsi öyrənilib. Abidənin gələcəkdə kompleks şəkildə öyrənilməsi üçün işlər davam etdiriləcək.



Xəbərin oxunma sayı : 208

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda