Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qazilər niyə narazı salınır? - Qəsdən ortalığı qarışdırırlar

Tarix 21.06.21, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Artıq bir müddətdir ki, Qarabağ müharibəsi döyüşçülərinin – qazilərin əlillik dərəcəsi almaq problemi mətbuatın və sosial şəbəkələrin əsas mövzularından birinə çevrilib. Məsələyə dair müxtəlif instansiyalardan açıqlamalar verilsə də, problem bəzi deputatlar tərəfindən parlamentdə səsləndirilsə də, hələ ki, konkret nəticə yoxdur. Qazilərin bir çoxu VTEK-lərdən (Həkim Əmək Tibbi Ekspert Komissiyası) əlillik dərəcəsi almadan geri qayıdır. Geri qaytarılanların hamısına da eyni söz deyilir. Sizin vəziyyətiniz əlillik üçün müəyyən edilmiş rəsmi standartlara uyğun gəlmir. Onu da deyim ki, əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı sözügedən standartlar Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi 413 saylı qərarla təsdiqlənib. Bu standartlara görə, nəinki 44 günlük Vətən Müharibəsi iştirakçılarının bir çoxu əlillik dərəcəsi ala bimlir, heç Birinci Qarabağ Müharibəsində yaralanıb vaxtilə əlillik dərəcəsi almış xeyli qazi də öz əlilliyini təsdiqlədə bilmir.  

"Qarabağ qaziləri" İctimai Birliyi əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı Nazirlər Kabinetinin sözügedən 413 saylı qərarını qeyri-qanuni sayır. İctimai Birlik ötən həftə bu məsələ ilə bağlı Milli Məclisə müraciət də ünvanlayıb.

Müraciətdə deyilir ki, Əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı qazilərin ciddi narazlığı var. Səbəb odur ki, Nazirlər Kabineti 2015-ci ildə gizli, yəni saxtakarlıq yolu ilə 413 saylı qərar qəbul edib. Deputat Musa Quliyev də mətbuata açıqlamasında bunu etiraf edib. Bütün problemlər buradan başalayıb. Yəni 2015-ci ilədək (əvvəlki qərarla) əlillik dərəcəsi alan qazilər, 2015-ci ildən sonra təkrar müayinəyə gələrkən əlillik dərəcəsi ala bilmirlər. Səbəb də odur ki, əlilliyə səbəb olan xeyli xəstəliklər 2015-ci ildə qəbul edilmiş 413 saylı qərarla siyahıdan çıxarılıb və buna görə də  komissiya  Qaziyə yenidən əlillik dərəcəsi verə bilmir. Hazırda parlamentdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən yeni düzəlişlər layihəsi müzakirə edilir. Əgər bu layihə yaxşı olsa, qəbul edilsə belə, 2023-cü ildə qüvvəyə minəcək. Ona qədər isə Qazilərə qarşı haqsızlıq davam edəcək!

"Qarabağ qaziləri" İctimai Birliyi vəziyyətdən çıxış yolu kimi Nazirlər Kabinetinin 413 saylı qərarının ləğv edilməsini, yeni qərar qəbul edilənədək müayinə vaxtı çatan Qazilərin əlillik müddətinin 1 il uzadılmasını təklif edir.

Bəzi deputatlar və hüquq müdafiəçiləri hesab edirlər ki, qazilərə əillik dərəcəsi verilmədiyinə görə, VTEK-in həkimlərini qınamaq haqsızlıq olar. Həkimlərdə günah yoxdur. Çünki onlar həqiqətən də Nazirlər Kabinetinin 413 saylı qərarının məqbul saydığı yeni standartlar çərçivəsində fəaliyyət göstərirlər və ondan kənara çıxmaq səlahiyyətləri yoxdur. Əgər ortada bir narazılıq varsa, onu yaradan ayrı-ayrı həkimlər – yəni Tibbi Ekspert Komissiyasının üzvləri yox, məhz sözügedən standartlardır. Bu standartlarla bağlı hansısa addımlar atılmalıdır.

Keçmiş Qarabağ döyüşçüsü Rey Kərimoğlunun da fikrincə “Nazirlər Kabinetinin 2015 ci ildə qəbul etdiyi 413 saylı qərarı dərhal dayandırılmalıdır. Buna yönəlik, qanunvericilik bazası yenidən işlənməlidir:

“Məncə Əmək və Əhalinin Soaila Müdafiəsi Nazirliyinin hazırda parlamentdə müzakirəyə çıxarılan yeni düzəlişlər layihəsi qəbul edilənədək bu prosesi dayandırmaq daha məqsədə üyğundur”.

Rey Kərimoğlu bu layihənin müzakirəsindən də narazı olduqlarını deyir:

“Axı dövlət bilə-bilə ki, Nazirlər Kabinetinin saxta 413 saylı qərarı ilə 30-40 faiz Qaziyə əlillik dərəcəsi verilə bilməyəcək, niyə haqlı narazılıq yaradılır? Bəzi dövlət adamlarının ölkədə ortalığı qarışdırmaq cəhdləri göz qabağındadır!”

Qazilərin məsələ ilə bağlı narazılıqları günbəgün artır. Mətbuata çıxa bilməyənlər sosial şəbəkələr vazitəsilə dövlət başçısına müraciət sərgiləyən videogörüntülərini yayır, yazılar paylaşırlar. Qazilərin və onların yaxın ətrafının problemə emosional yanaşması təbiidir. Ömrünün bir hissəsini vətəni uğrunda müharibəyə həsr etmiş insanı, ömrünün qalan hissəsini də bədəni uğrunda mübarizəyə sərf etməyə məcbur eləmək başqa cür qarşılana da bilməz. Məmurlarla məsələ aydındır. Ortadakı vəziyyət belə düşünməyə əsas verir ki, bu məsələdə qazilərə kömək etmək istəyən məmurlar problem yaradanlardan zəifdilər. Ən azı hələlik. Bəs cəmiyyətin bu məsələyə münasibəti necə, adekvatdırmı? Təəssüf ki, o qədər də yox.

Əslində, qazilər bu məsələdə mübarizə aparacaq sonuncu qrup olmalıdır. Onların hüquqlarını bütün cəmiyyət müdafiə etməlidir. Bütün QHT-lər, ictimai təşkilatlar bu işə qoşulmalıdır. Xalqımızın ziyalı təbəqəsindən, cəmiyyətin ictimai instututlarından müvafiq instansiyalara – xüsusən də Parlamentə və dövlət başçısına əsaslandırılmış müraciətlər ünvanlandırılmalıdır.

Yəni hazırda bu problem qazilərdən daha çox cəmiyyət üçün bir sınaq, imtahan anıdır. Əgər biz cəmiyyət olaraq hüququn imkan verdiyi üsullarla bu prosesə qoşulmuruq, qazilərimizə dəstək olmuruqsa, demək ki, adi vaxtlarda qazilərimizə, şəhidlərimizə sərgilədiyimiz sayğı da sünidir. Sual oluna bilər ki, şəhidlərin bu məsələyə nə dəxli var? Amma var. Çünki şəhidlərimizin bir çoxu məhz indi qazilərimizin əllilik dərəcəsi ala bilmədikləri yaralardan həlak olublar.



Xəbərin oxunma sayı : 718




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap