Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qəbələdə böyük qalmaqal: Meşə ərazisi İcra Hakimiyyəti tərəfindən satılıb - FOTOLAR

Tarix 23.07.19, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


Qəbələ rayonunda meşə fondunun ərazisi ayrı-ayrı fiziki şəxslərə satılıb.

Rayon sakinlərinin AzToday.az-a göndərdiyi şikayətdə bildirilir ki, Vəndam meşəbəylinin 02 saylı dolayının 55-ci kvartalındakı meşə sahəsində fərdi evlər tikilir. Belə ki, Qəbələ rayon İcra Hakimiyyətinin baş memarı Abdulxalıqov Təbriz Hüseyn oğlunun bu işdə xüsusi rol oynadığı və maklerlər vasitəsi ilə meşə ərazisinin 20-dən çox şəxsə satıldığı bildirilir. Bu prosesdə rayon torpaq şöbəsinin sabiq müdiri İslam Hacıyevin də Təbriz Abdulxalıqovla əlbir olduğu iddia edilir.

Sakinlərin sözlərinə görə, icra başçısının evinin sözügedən meşə sahəsinə yaxın olduğu üçün qoz ağaclarının əkildiyi meşə sahəsi vətəndaşlara baha qiymətə satılıb.

Şikayətçilər qeyd edir ki, Qəbələ rayon Meşə İdarəsi icra hakimiyyətinin meşə ərazisini qanunsuz satması faktına qarşı qanuna müvafiq addımlar atmır. Belə ki, Meşə İdarəsi sözügedən ərazidə evlərin tikilməsinə dəfələrlə müdaxilə edib, tikintini dayandırıb. Amma Meşə İdarəsi hansısa səbəbdən şəhərin baş memarı Təbriz Abdulxalıqov başda olmaqla qoz ağaclarını məhv etdirmiş səlahiyyət sahiblərinə qarşı hüquq mühafizə orqanlarına şikayət etmir. Halbuki həmin ərazidəki çoxillik agaclar kəsilərək, böyük bir sahədə qoz meşəliyi məhv edilib.

Daxil olan şikayətdə deyilir ki, Qəbələ rayon İcra Hakimiyyəti ilə rayon Meşə İdarəsi arasında yaranmış sözügedən qalmaqaldan Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla aidiyyati qurumlar məlumatlıdır.

Qəbələdə meşə ərazisinin satılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 09.07.2019-cü il tarixində göndərdiyimiz  sorğuya hələ də cavab verilməyib. Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Mövzu ilə bağlı araşdırmaılarımız davam edir.






Xəbərin oxunma sayı : 277




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap