Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qəddar Putin və hakimiyyəti havadan asılı qalmış Paşinyan –Bakı bu şansdan yararlanacaqmı? – Təhlil

Tarix 05.09.18, 0:32

Font ölçüsü : - / +
bitmap-img6


Stanislav Tarasov

regnum.ru, 04.09.2018

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada danışıqlar aparacaqlar. Bu haqda əvvəlcə Paşinyanın özü İrəvan KİV-lərinə xəbər verib, sonra məlumatı Rusiya dövləti başçısının mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Ermənistan baş nazirinin Rusiyaya qarşıdakı səfəri Ermənistanda hakimiyyət dəyişəndən sonra sayca üçüncü olacaq. Yada salaq ki, mayın 14-də Soçidə Avrasiya İqtisadi Birliyi ölkələrinin başçıları sammiti çərçivəsində  Putin və Paşinyanın ilk görüşü olub. Növbətisi iyulun 13-də Ermənistan baş naziri Rusiya prezidentinin dəvətilə futbol üzrə dünya çempionatının açılış mərasiminə baş çəkərkən Moskvada keçirilib.

Belə ki, Moskva və İrəvan arasında dialoq intensiv inkişaf edir. Amma özünə xas şəkildə. Rusiya xarici işlər naziri Sergey Lavrov MDBMİ birinci kurs tələbələri qarşısında çıxış edərkən bu haqda danışıb. “Düşünürəm ki, Ermənistanın yeni liderinin özü ölkəsində durumun inkişaf perspektivini necə dəyərləndirdiyini eşitməyimiz önəmli olacaq, – Lavrov qeyd edib. – Əlbəttə, bu durumda Ermənistanın KTMT qarşısında öhdəliklərinin necə göründüyü bizim üçün mütləq maraq oyadır, biz bundan çıxış edirik ki, bu öhdəliklər qüvvədədir, o cümlədən ümumi təşkilatımızın nüfuz və prestijinin möhkəmləndirilməsinə dair öhdlikləri tam şəkildə yerinə yetirmək lazımdır”.

Rusiya XİN başçısı habelə qeyd edib ki, bəzi başqa ölkələrdən fərqli olaraq Moskva Ermənistanda hakimiyyət dəyişikliyi prosesinə qarışmayıb.

Doğrudan da, İrəvandakı yeni hökumət davam edən “inqilab”dan danışaraq yaxın tarixlə haqq-hesab çürütməyə başlamaqla Moskva ilə münasibətlər qurmaqda müəyyən boşluq yaradıb, amma Rusiya ilə strateji əməkdaşlığın davam etdirilməsi haqda onlar tərəfdən bəyanatlar yetərindən artıqdır. Nəticədə isə – ola bilsin, təsadüfən deyil – bu boşluğu Azərbaycan doldurub. Putinlə İlham Əliyev arasında bu günlərdə Soçidə baş tutmuş görüş heç vaxt olmadığı qədər səmərəli olub. İki ölkə arasında ən müxtəlif sahələrdə – iqtisadiyyat, energetika, hərbi-texniki istiqamət və humanitar münasibətlər – əməkdaşlığın genişləndirilməsinə dair 16 sənəd imzalanıb.

Amma, bununla yanaşı, Moskva heç də “erməni kartı”nı oynamır. Əksinə, Rusya tərəfindən Bakıyla əməkdaşlığı genişləndirmək ideyası Azərbaycandakı müəyyən dairələrin Ermənistandakı durumdan faydalanıb Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən güc həllinə əl atmağı qabaqlamaqdır. Bu isə geopolitik və bölgə kontekstində xeyli risklərlə doludur. Əliyevə haqq qazandırmaq lazımdır – o, “qırmızı xətti” keçməkdən imtina edib. Bütün əlamətlərə əsasən, bu problem indi Rusiya-Ermənistan münasibətlərinin mötərizəsindən qırağa çıxarılıb, amma Paşinyan əvvəllər Stepanakerti (Xankəndi-red.) danışıqlar masasının arxasına qaytarmağı təklif edərək Qarabağ tənzimlənməsi üzrə maraqlı təkliflə çıxış edib, amma sonradan  sözündən geri çəkilib. Baş nazir Artsax Respublikasının (Dağlıq Qarabağ) müstəqillik günündə də olmayıb, amma təbrik məktubu göndərib.

Maraqlıdır. Onda xüsusən də qeyd olunur ki, “Artsax (Dağlıq Qarabağ-red.) Ermənistan və diasporayla çiyin-çiyinə yaşamağı və inkişafı davam etdirir” və “Ermənistanda məxməri inqilabın qələbəsi azadlıqsevər erməni ruhunun və mətin iradəsinin daha bir sübutudur”, “Ermənistan, Artsax və diaspora bu gün daha güclüdür, çünki daha həmrəy və azaddır”.

Ermənistan-Artsax-diaspora üçlüyü belə düzülüb ki, yeri gəlmişkən, bu, Bakıda Paşinyan tərəfindən Stepanakerti danışıqların subyekti saymaqdan imtina etməsinin daha bir təsdiqi kimi dəyərləndirilir. Bu da Azərbaycanı tam qane edir. Təsadüfi deyil ki, Əliyev türkdilli dövlətlərin əməkdaşlıq Şurasının VI sammitindəki çıxışında bildirib ki, “ümid edirəm ki, Ermənistanın  yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutacaq, bizim ərazilər işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və bölgədə barış və əməkdaşlıq hökm sürəcək”.

Bu frazada “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ermənistanın” mümkün “konstruktiv mövqeyi”nə toxunan birinci hissə önəmlidir. Belə ki, Bakının necəsə müəyyən ümidləri var. Bəs onda erməni baş nazir Moskvaya nəylə gedir? Danışıqların gündəliyi hələlik göstərilməyib. Bircə Lavrovun “indi Ermənistanın qaynamağı davam etdirdiyi” haqda qiymətləndirmə ifadəsi var və “biz çox istəyirik ki, bu daxili məsələlər qanunun etibarlı məcrasında qalsın, habelə tezliklə həll edilsin ki, Ermənistan diqqətini yaradıcı vəzifələrə cəmləyə bilsin”. Amma bu gün Paşinyanın partiyası parlamentdə çoxluğa malik deyil, hakimiyyəti sallana qalıb. Durumun dəyişilməsi ancaq başqa fraksiyalarla danışıqlar və güzəştlər nəticəsində yeni koalisiya qurmaqla mümkündür.

Ehtimal edirik ki, baş nazir və komandası belə bir iş aparır, amma bunun uğurla bitməsi üçün yalnız zamanla gələ biləsi müəyyən müsbət daxili və xarici amillər gərəkdir. Bununla yanaşı, xalis aparat üsullarilə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması perspektivi saxlanmaqdadır. O, cavabında küçənin potensialını qarşı qoymağa qabildir, amma bu potensial dəyişkəndir. Baş nazir Moskvaya səfər ərəfəsində məlumat verib ki, Ermənistanda erkən parlament seçkiləri yalnız gələn ilin may və iyununda baş tutmalıdır. “Konstitusiyanın dəyişdirilməsi üçün iş aparılır, bunun nəticəsində baş nazir istefa vermədən parlament  buraxılmalıdır”.

Paşinyanın sözlərinə görə, “yeni Konstitusiya layihəsi tez bir zamanda parlamentin müzakirəsinə göndəriləcək, bundan sonra siyasi məsləhətləşmələr başlanacaq”.

Lakin deputatlar təklif edilən qərarları dəstəkləyəcklərmi, yoxsa baş nazir küçə stixiyası yoluyla onlara basqı göstərəcək? Erməni ekspertlərinin çoxunun dəyərləndirməsinə görə, Paşinyanın mayda hakimiyyətə gəldiyi andan İrəvanda onun mitinq çağırdığı avqusta qədər “opponentləri udmağa başlayıblar, cəmiyyətdə psixoloji baxımdan nəsə dəyişilib: yüzfaizlik inam müəyyən şübhələrlə əvəzlənib, bu, müəyyən nəticələr törədə bilər”.

Moskva hətta bu respublikanın daxili işlərinə qarışmamaq mövqeyini göstərdiyi halda bu durumda İrəvanla danışıqları necə aparsın? Həm də kiminlə? İrəlidə sentyabrın 23-də erkən parlament seçkilərinin girişi olan İrəvan ağsaqqallar Şurasına seçkilər daxili-siyasi bölgü planında hər şeyi olmasa da, çox şeyi müəyyən edəcək.

Moskvada heç kim sirr yaratmır ki, Ermənistan Rusiya maraqlarının dairəsinə daxildir – o cümlədən KTMT və Avrasiya İqtisadi Birliyi formatları çərçivəsində. İki ölkə arasındakı münasibətlər indiyə kimi bölgədə baş verən hadisələrə böyük təsir göstərib. Amma hər şey və Qarabağ istiqamətində də kəskin dəyişilə bilər. Bax, Putin və Paşinyan arasında qarşıdakı dialoq buna görə çətin, bəlkə də, hətta sərt olmağı vəd edir. Bu haqda Lavrovun eyhamları şəffafdan da şəffafdır.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 649




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap