Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qələbimizə aparan yol

Tarix 27.02.21, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Birinci Qarabağ Müharibəsi zamanı AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti, düşmənin bir sıra ölkələrdən hərbi, iqtisadi yardımlar alması Dağlıq Qarabağ və ətraf rayonumuzun itirilməsi ilə nəticələndi.

Uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli təxribatçı qüvvələrin Ermənistanı pulsuz silahlandırması, bir sıra dünya ölkələrinin və Beynəlxalq Təşkilatların ikili siyasət yürütməsi sayəsində mümkün olmadı. Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri Azərbaycana təzyiq edərək deyirdilər ki,
münaqişənin hərbi həlli yoxdur realıqla barışmaq lazımdır. Bütün təzyiqlərə tab gətirərək Ümummilli Liderimiz Heydər Əliyev və Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bilavasitə rəhbərliyi ilə Ordu quruculuğu sahəsində möhtəşəm, misilsiz işlərə imza atıldı. Beynəlxalq münasibətlərdə, iqtisadi sahələrdə dövlətimizin daha da güclənməsi üçün yeni reallıqlar yaradıldı.

Dövlətimizin münaqişənin dinc həllinə çağırışlarına Ermənistan rəhbərliyi
təxribatçı çıxışları, hərəkətləri ilə cavab verirdi. Bəzən də Azərbaycan xalqının heysiyyəti ilə oynayırdılar. Ermənistan yeni müharibə yeni torpaqlar iddiasında olaraq yeni-yeni təxribatlar törədirdilər. Bu da münaqişənin sülh yolu ilə həllinin mümkünsüzlüyünə gətirib çıxardı. 2020-ci il sentyabrn sonlarında ermənilərin yenidən təxribata əl atmaları İkinci Qarabağ Müharibəsinin başlanmasına gətirib çıxardı. 44 günlük Müharibə Azərbaycan xalqının öz tarixi haqqına qovuşması ilə nəticələndi.
Münaqişənin hərbi həlli yoxdur deyənlərə tarixi dərs oldu. Minsk qrupunun görməli olduğu işi Azərbaycan təkbaşına həll etməyə nail oldu. Bu Möhtərəm Prezidentimizin dediyi kimi Şanlı Ordumuzun rəşadətli xalqımızın milli birliyinin vəhdəti sayəsində mümkün oldu. Əsgərlərimizin igidliyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirildi.

Şəhid ailələrinə, qazilərə qayğı həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. İndiyədək bu sahədə çoxlu sayda məqsədyönlü işlər görülmüş və bu fəaliyyət davam etməkdədir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2021-ci ilin yanvar ayında imzaladığı Sərəncama görə 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox Şəhid ailəsi və Müharibə əlilləri mənzil habelə fərdi evlə təmin eddiləcək. Qazilərimizin ehtiyac duyduqları bütün məsələlər dövlətimizin qayğısı ilə öz həllini tapacaqdır.
İkinci Qarabağ Müharibəsi Rusiya Federasiyasının forpostu olan Ermənistanı ağıriqtisadi, siyasi nəticələrlə baş-başa qoydu. Bu gün Ermənistanda siyasi rəhbərlikdə olanlarla sabiq rəhbərlər arasında didişmə gündən-günə güclənməkdədir. Nümayişlər kütləvi həbslər pik həddindədir.

Afiq Ağayev
Sabirabad şəhər H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbin tarix müəllimi, «Tərəqqi»
medallı.



Xəbərin oxunma sayı : 421




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap