Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Qərb Azərbaycanda inqilab hazırlayır? – “O deputat Rusiyanın marağını müdafiə edir”

Tarix 24.04.19, 16:31

Font ölçüsü : - / +
bitmap-img6


“Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar. Bu məqsədlərinə çatmaq üçün çalışacaqlar ki, daxildə hakimiyyət uğrunda 1993-cü ildəkindən də qanlı savaşlar törətsinlər”.

Bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib. O, bir neçə müddətdir, Qərbin gizli Azərbaycan planı haqda sensasion açıqlamalar verir.

Bununla bağlı Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Sabah”a danışarkən qeyd edib ki, Qüdrət Həsənquliyevin fikirləri tamamilə həqiqətdən uzaqdır:

“Birincisi, Qərbin Azərbaycanda çox böyük iqtisadi yatırımı var – hardasa 50 milyard dollara yaxın. Ona görə də Qərb heç vaxt özünün burdakı yatırımını təhlükəyə salan addımlar atmaz. Əksinə, Azərbaycanda stabilliyin qorunması, saxlanması Qərb üçün həyati əhəmiyyətə malikdir. 

İkincisi, Qərb ümumiyyətlə bütün dünyada islahatların getməsini, demokratikləşmənin olmasını müdafiə edir. Çünki hər bir ideologiya çalışır ki, öz ideologiyasını daha böyük siyasi məkana yaysın. Bu baxımdan islahatların keçirilməsi Avropa Birliyinin, Avropa Şurasının əsas tələblərindən biridir. Bir halda ki, Avropa Azərbaycandan və digər ölkələrdən islahatlar tələb edir və Azərbaycan da buna əməl edirsə, o zaman Qərb bizə niyə təzyiq etsin? 

Üçüncüsü, bir təcrübə var və görünən budur ki, ümumiyyətlə islahatların əleyhinə çıxan əsas etibarilə Rusiyadır. Gürcüstan ciddi bir siyasət aparan zaman Rusiyanın hansısa təzyiqlər göstərməsi, Ukraynanın başına açılan oyunlar məlumdur. Ona görə də düşünürəm ki, islahatların aparılmasına mane olan qüvvə Rusiyadır”.

S.Cəlaloğlu Qərblə bağlı düşüncələrin səbəblərindən də söz açıb:

“Nəyə görə bu gün Qərblə bağlı bu cür şüarlar səslənir? Bilirsiniz, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq sazişi hazırlayıb, ölkədə islahatların aparılması tələb olunur. Xalqı islahatların əleyhinə kökləmək, Qərbə qarşı çıxarmaq üçün belə bir ideya ortaya atılır. Ya xalq islahatların əleyhinə çıxmalıdır. Çünki düşünəcək ki, bu islahatlar Azərbaycanda destabilizasiya yarada bilər. Ya da ölkədə islahatlar gedəcəksə, bunun fonunda Qərbə qarşı köklənməlidir ki, guya prosesin əleyhinədir. 

Hər iki halda Qərblə Azərbaycan arasında münasibətləri pozmaq mümkün qədər bundan əvvəlki ruspərəst siyasəti davam etdirmək məqsədi güdür. Məlum məsələdir, Qüdrət Həsənquliyev də Azərbaycanda Rusiya maraqlarını müdafiə edən qüvvənin təmsilçisidir. Ona görə də çalışır ki, hətta Azərbaycan hökuməti özü istəməsə də, islahatlar aparacağı təqdirdə xalq yenə də Qərbə şübhə ilə yanaşsın, məsafə saxlasın. Bilmək lazımdır ki, dünyada qloballaşma gedir və bunun mərkəzi kimi bu gün Qərb çıxış edir. Biz Qərb dəyərlərini mənimsəmədikcə Azərbaycanda xoşbəxt, firəvan cəmiyyət, güclü dövlət yarada bilməyəcəyik. Həm dövlətçiliyimizin zəifləməsinin səbəbi, həm cəmiyyətimizin bu günki durumu, vətəndaşlarımızın rifah durumunun aşağı olması məhz Qərb dəyərlərindən çox uzaqda olmağımızla bağlıdır. Biz sadəcə olaraq Azərbaycanda Rusiya modelini yamsılayırıq, bu ölkədə isə heç bir demokratik dəyişmə yoxdur.

Bu baxımdan Rusiya keçmiş SSRİ məkanında olan dövlətləri də özü ilə eyni siyasi xəttin aparılmasını istəyir. Azərbaycanda, eləcə də digər ölkələrdə Rusiyanın maraqlarını müdafiə edən qüvvələr var. Bunlar Qərblə münasibətləri pozmaq məqsədi güdürlər. Qüdrət Həsənquliyevin fikirləri də yalnız bununla bağlıdır. Onun dediyi sözlərdə heç bir ağıllı, izahedici məntiq yoxdur. Qərb nəyə görə islahatların  əleyhinə olmalıdır? Bəli, əgər  antidemokratik islahatlar olacaqsa, Azərbaycanda olan prosesləri onu Qərbdən uzaqlaşdıracaqsa, o zaman  ölkəmizə təzyiqlər ola bilər. Amma müsbət mənada irəliyə doğru islahatlarda Qərb Azərbaycanın yanında olacaq”.



Xəbərin oxunma sayı : 1069




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap