Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qərb Moldovanı silahlandırır: Qaqauz Kişinyov üçün təhlükəyə çevrilir

Tarix 13.05.23, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynadakı müharibənin qonşu ölkə olan Moldovaya sıçraması riski artır. Xüsusilə Dnestryanı bölgədəki rus hərbçiləri və sovet dönəmindən qalma silah anbarlarının Kişinyov və Kiyev üçün ciddi təhdid yaratdığı bildirilir.

“Kaspi” qəzetinin mövzu ilə əlaqədar məqaləsində deyilir ki, Rusiya-Ukrayna müharibəsi keçmiş sovet respublikalarının əksəriyyətini xarici prioritetlərə yenidən baxmağa məcbur edib. Bu dövlətlər sırasında Moldova xüsusi seçilir. Qonşu dövlətdə müharibə, separatçı Dnestryanı bölgə Moldovanı sürətlə Rusiyadan uzaqlaşdırıb Qərbə doğru istiqamətləndirir. Moldova birmənalı şəkildə Avropa ailəsinin bir üzvü olmağa çalışır. Qərb isə Moldovanın 2030-cu ilə kimi Avropa İttifaqına üzvlüyünü dəstəkləsə də, NATO-ya qoşulmasına qarşı çıxır. Aydın idi ki, Kişinyovun NATO-ya üzvlüyə can atması Moskva tərəfindən ciddi narazılıq doğuracaqdı.

Bu günlərdə Moldova prezidenti Mayya Sandu açıq şəkildə Rusiya sülhməramlılarını Dnestryanı bölgədən çıxmağa çağırıb. Prezidentin çıxışından bir gün əvvəl isə Avropa Şurası Parlament Assambleyası Moldova ərazisindəki Rusiya qoşunlarını işğalçı adlandırıb. Rusiya isə cavabında Ukraynada xüsusi əməliyyatın davam etdiyi müddətdə Moldovadan Rusiya qoşunlarının çıxarılmasının mümkünsüzlüyünü bəyan edib.

Kiyev və Kişinyov Dnestryanıda əməliyyat keçirəcək?

Ukrayna xarici işlər naziri Dmitri Kulebanın “Dnestryanı bölgə Ukraynanı Moldova ilə sərhədin bu hissəsində qoşun saxlamağa məcbur edir” bəyanatı ciddi rezonans doğurub. Dərhal da bu o anlama gəlib ki, Kiyev bölgədə Kişinyovla birlikdə əməliyyat apara bilər. Lakin Kiyev nümayəndəsi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bununla bağlı heç bir tədbir görməyəcək, çünki bu, Moldovanın suverenliyi və ərazi bütövlüyü məsələsidir. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, onlar qonşularına hörmət edirlər və Kişinyovun öz ölkəsini necə inkişaf etdirmək və sol sahildəki separatizm problemini necə həll etmək barədə qərar vermək hüququ var. Bölgədəki silah anbarlarına (keçmiş 14-cü Ordunun təxminən 20 min ton döyüş sursatı) gəldikdə, Kuleba etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin bu obyektə diqqəti ortadadır. “İndi istənilən silah qızıla dəyər. Rusiya artıq 50-60-cı illərdə istehsal olunmuş tankları cəbhəyə göndərir. Lakin Dnestryanıdakı həmin anbarda dəqiq nə olduğu və onun hansı vəziyyətdə olması barədə məlumatımız yoxdur”, - Kuleba fikrini yekunlaşdırıb.

 Xatırladaq ki, Moskva artıq bəyan etmişdi ki, regiondakı rus “sülhməramlıları” üçün hər hansı təhlükə Rusiyaya hücum kimi qiymətləndiriləcək. Moldovalı ekspertlərin çoxu hesab edir ki, Ukraynanın hərbi əməliyyatlar üçün bütün əsasları var.
Qaqauz da Dnestryanı bölgənin ardınca gedə bilər?

Hadisələr ümumilikdə sürətlə gərginliyə doğru gedir. Moldovanın Qaqauz Muxtar Ərazi Birliyində baş verən geosiyasi döyüşlər fonunda lider - başkan seçkiləri keçirilib. Bəzi beynəlxalq ekspertlərin fikrincə, Qaqauz əhalisi ənənəvi olaraq rusiyapərəstdir və Kreml onlardan Moldovada sabitliyi pozmaq üçün istifadə edə bilər. Məsələ ondadır ki, Qaqauz muxtariyyətində Aİ ilə yaxınlaşmanı müdafiə edən heç bir siyasi təşkilat yoxdur. Baxmayaraq ki, bütün Moldovada olduğu kimi, orada da avropalılar tərəfindən yaradılan kifayət qədər qeyri-hökumət təşkilatları var. Qaqauz bölgəsi 1994-cü ildə Moldova daxilində xüsusi hüquqi status alıb. Amma o vaxtdan bəri muxtariyyət səlahiyyətləri tam həyata keçirilməyib. Qaqauzları narahat edən odur ki, Rumıniya Moldova ilə birləşsə, o zaman bu, qaqauzların muxtariyyət statusunu itirməsi və assimilyasiyaya uğraması ilə nəticələnəcək. Ona görə də Kişinyovla Avropaya inteqrasiya məsələsində fikir ayrılıqlarının olduğunu bildirirlər. Bu səbəbdən də referendum keçirmək və Moldovada yaşayan xalqların Avropa İttifaqı ilə yaxınlaşmasını istəyirlər. Ukraynada da 40 minə yaxın qaqauz yaşayır və qaqauz muxtariyyətinin Ukrayna ilə 120 kilometr sərhədi var. Birmənalı olaraq Moldovanın NATO-ya daxil olmasına qarşı olan qaqauzlar, Aİ-yə daxil olmaqda da bir qədər tərəddüd edirlər. Onların qənaətincə, Avropa İttifaqı Moldovanı öz sıralarına qəbul etməyəcək. Bir sıra ekspert qiymətləndirmələrinə görə, Rusiya Qaqauzda ikinci Dnestryanı təşkil etməyə çalışacaq. Lakin qaqauzlar iddia edir ki, bu, olmayacaq. Onların Moldovadan ayrılmaq və separatçı istəkləri yoxdur.

Qərb Moldovanı silahlandırır

Yeri gəlmişkən, Qərbin Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayırması da növbəti gərginliyə səbəb olub. Rusiya və Moldova arasında gərginlik artıq diplomatik müharibə həddinə çatıb. Moldova Rusiya səfirliyinin əməkdaşını persona non-qrata elan edib, əlavə daha iki əməkdaşın hava limanına xüsusi buraxılışı qadağan edilib. Lakin Rusiya tərəfi bu gərginliyi qəbul etmir. Bildirir ki, diplomatik müharibə səfir də daxil olmaqla, bütün diplomatik korpusun işçilərinin öz ölkələrinə geri göndərilməsi deməkdir.

Bir sözlə, Moldovanı qarşıda çətin günlər gözləyir. Ölkənin bu sınaqdan necə çıxacağını isə söyləmək çətindir.



Xəbərin oxunma sayı : 352




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap