Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Qərb Rusiyanı necə durdura bilər?

Tarix 10.05.17, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi ekspertlərin fikrincə, ABŞ soyuq müharibə dövründə SSRİ-yə qarşı uğurla tətbiq edilən məşhur Kennan doktrinasına geri dönməlidir.

“ABŞ Corc Kennanın SSRİ-nnin dayandırılması ilə bağlı 70 il öncə irəli sürdüyü və sonu uğurla nəticələnən doktrinanı Putin Rusiyasına qarşı tətbiq etməlidir”.

Musavat.com xəbər verir ki, bu barədə Ceyms Uorrenin The Daily Beast saytında qələmə aldığı analitik yazıda qeyd edilir.

Müəllif Vladimir Putinin ABŞ və bütün dünyaya dair siyasəti ilə vaxtilə Stalin və onun vərəsələrinin yanaşma tərzi arasında eyniliyi müşahidə edərək yazır:

“Bir çox ekspertlərin də təsdiq etdiyi kimi Putin doktrinası ABŞ, Qərb və hətta Rusiya xalqı üçün neqativ nəticələr doğurub. Bu doktrinanın əsasları bunlardır:

Картинки по запросу Putin expansion

1. SSRİ-nin dağılması nəticəsində itirilən siyasi, iqtisadi və hərbi resursların əhəmiyyətli bölümünün geri qaytarılması. Krımın işğalı və Ukraynanın şərqinin silahlandırılması həmin ekspansionist siyasətin davamıdır. Prinston universitetinin professoru Stefan Kotkinin də qeyd etdiyi kimi, Putin bütün sərhəd dövlətlərini Qərbin Rusiyaya qarşı istifadə edə biləcəyi alət kimi gözdən keçirir.

2. Yaxın hüdudlarda anti-Qərb nüfuz dairəsinin bərpası. Bu siyasət Qazaxıstan, Belarus, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdə Moskvanın ağalığına gətirib çıxarmalıdır.

3. Rusiyanın Yaxın Şərqdə əsas oyunçu statusunun bərpası

4. Sosial şəbəkələrdən, mürəkkəb texnologiyalardan habelə informasiya müharibəsindən istifadə edərək Qərb ölkələri arasında münasibətlərin pozulması və bu dövlətlərin siyasi proseslərinə Rusiyanın maraqlaırna cavab verəcək dərəcədə nüfuz edilməsi

5. Putinin imperiya ambisiyalarının təmin edilməsi məqsədilə Rusiyanın daxilində dövlət hakimiyyətinin möhkəmləndirliməsi.
Bunun üçün ölkə daxilindəki təbliğat aparatı hərbi xərclərin artırılması və demokratik azadıqların məhdudlaşdırılmasını xalqa Rusiyanın Qərbdən qoruması üçün zəruri tədbirlər olaraq təlqin edir.

Amerika sahibkarlıq institutunun (Vaşinqton) analitiki Leon Aron bunu “mühasirəyə alnımış qala strategiyası” adlandırır.

“Əgər Corc Kennan sağ olsaydı, çətin ki Putinin doktrinasından təəccüblənərdi”, - yazıda qeyd olunur.

Hələ 1946-cı ilin fevralında Dövlət Departamenti SSRİ-nin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi beynəlxalq institutların yaradılmasına şiddətlə qarşı çıxmasının, habelə Şərqi Avropadakı siyasi aktivliyi yox etməsinin səbəblərinin araşdırılması məqsədilə Moskvadakı səfirliyə tapşırıq verir. Həmin vaxt səfirliyin Rusiya üzrə baş eksperti sayılan Corc Kennan (sonradan, 1952-ci ildə o, SSRİ-də səfir vəzifəsində də çalışıb-red.) 4,5 min sözlük teleqramı Departamentə göndərir.

Sonradan Kennanın bu “Uzun teleqramı” Trumen administrasiyasının SSRİ-nin ekspansionist siyasətinə qarşı strategiyasının əsasına çevrildi.

Картинки по запросу george kennan long telegram

Kennan teleqramda irəli sürdüyü tezisləri “X” ləqəbi altında “Foreign Affairs” jurnalında “Sovet davranışının mənbələri” adlı məqalədə dərc etdirir.

Kennan yazırdı ki, “Moskvanın barışmaz mövqeyi Qərb tərəfindən hər hansı bir təxribatçı fəaliyyətlə bağlı olmayıb, Rusiya liderlərinin beynində bir neçə əsrdir möhkəmlənən daimi təhlükə altında qalmaq qorxusudur. 16-cı əsrdən başlayaraq ruslar Qərb dövlətlərinin öz ərazilərinə daxil olmasına imkan verməməkdən ötrü ətraflarındakı bütün ölkələri işğal etməyə başladılar.

“Kremlin beynəlxalq münasibətlərdə mübtəla olduğu düşüncənin əsasında Rusiyanın ənənəvi və instinktiv “müdafiə olunmamaq” qorxusu yatır. Rusiya həmişə xarici müdaxilədən qorxaraq Qərb dünyası ilə birbaşa təmasdan qaçıb. Burada rus xalqının xarici aləmdən, xarici aləmin isə Rusiyanın daxilindəki vəziyyətdən xəbər tutmasının nəticlərindən həmişə ehtiyat ediblər. Buna görə də Rusiya rəhbərləri öz təhlükəsizliklərinin təminatını yalnız rəqib dövlətlərin məhv edilməsində, habelə onlarla heç bir halda razılaşma və ya kompromisə getməməkdə görüblər”.

Kennanın fikrincə, kommunizm Rusiyanın Qərb institutlarına, həmçinin fərdi azadlıqlara və azad bazarlara olan nifrətini daha da artırıb.

Con Kennan öz məşhur məqaləsində ABŞ-ın Sovet İttifaqına münasibəti üzrə siyasətinin əsasında “Rusiyanın ekspansionist tendensiyalarına qarşı uzun, səbrli, həmçinin möhkəm və sayıq şəkildə dayanma taktikasının tətbiq edilməli olduğunu qeyd edirdi.

Картинки по запросу Corc Kennan USSR

Kennanın rəyinə görə, SSRİ-ni durdurmanın yolu dərhal hərbi konfrontasiyaya getmək deyil.

Rusiyaya qarşı dayanmağın ən effektiv forması siyasi, iqtisadi və mənəvi gücdür. Ameika maraqlarına təhdid olduğu hər yerdə Qərb dəyərlərini və institutlarını möhkəmləndirməyə çalışmalıdır.

Əgər açıq cəmiyyətlər səbr nümayiş etdirsələr və Moskvanın işğalçılıq cəhdlərinə təmkin və intizamla cavab versələr sovet sistemi öz çəksinin altında əziləcək”, - Kennan yazırdı.

Kennan bu məqsədlə ABŞ-ın 1947-ci ildə Marşal proqramını tam şəkildə işə salmasının vacibliyini qeyd edirdi. Bu plan azad dünyada yaşamaq istəyən dövlətlərə maddi, hərbi yardımın verilməsini nəzərdə tuturdu.

“Hər halda Kennanın SSRİ-yə qarşı dayanma prinsipləri özünü tutdu və Sovet İttifaqı öz çəkisi altında əzilərək çökdü”, - məqalədə yazılıb.

Məqalə müəllifi ABŞ-ın indiki rəhbərliyinin eyni strategiyaya, yəni demokratik dəyərlərin və azadlıqların dövlətlər içərisində yayılması və müdafiə edilməsi prinsiplərinə sadiq qalması halında Putin rejiminin qürubunun tezləşə biləcəyi fikrini müdafiə edib.



Xəbərin oxunma sayı : 211




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap