“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qərb Zelenskini əvəz etmək barədə ciddi müzakirələr aparır: Namizədlərin SİYAHISI

Tarix 11.12.23, 18:28

Font ölçüsü : - / +
bitmap-img6


“Qərbdə Ukrayna Prezidenti Volodimir Zelenskinin əvəz edilməsinə hazırlıqla bağlı “ciddi insanlar tərəfindən, ciddi mərkəzlərdə” müzakirələr aparılır.

Bu sözləri jurnalistlərə Rusiya Tarix Cəmiyyətinin sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərbdə Zelenskinin dəyişdirilməsi ilə bağlı müzakirələrin nə dərəcədə ciddi olduğuna dair sualı cavablandırarkən deyib.

“Bu müzakirələr ciddi insanlar tərəfindən, ciddi mərkəzlərdə aparılır. Deməli, bunun arxasında nəsə var”, - deyə o qeyd edib.

Zelenskinin yerinə daha çox ehtimal olunan namizədlərlə bağlı suala isə Narışkin dəqiq cavab verməyib. “Mən belə qiymətləndirmələr səsləndirməyəcəyəm”, - deyə o bildirib.
Sergey Narışkinin Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu tərəfindən yayılan açıqlamasında bildirilib ki, aparıcı Qərb ölkələrinin yüksək vəzifəli məmurlarının Ukraynanın hazırkı prezidentinin dəyişdirilməsinin zəruriliyi ilə bağlı öz aralarında getdikcə artan müzakirələri barədə etibarlı mənbələrdən məlumatlar daxil olur.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Qərb ölkələri tərəfindən Ukrayna Prezidenti postunda Volodimir Zelenskini əvəz edəcək mümkün namizədlər kimi Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Valeri Zalujnı, Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç, Kiyev meri Vitali Kliçko və Prezident Ofisinin rəhbəri Andrey Yermak nəzərdən keçirilir.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 517




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap