Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Qərblə Türkiyə arasında körpü yaradan model - Adela Jirikova+Fotolar

Tarix 06.12.18, 17:54

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə mətbuatı bir neçə ildir İstanbulda fəaliyyət göstərən çexiyalı gənc model Adela Jirikova haqqında məqalə hazırlayıb.

Axşam.az həmin məqaləni təqdim edir:

Moda və incəsənəti birləşdirən zərif İstanbul macərası…

Adelanın İstanbul macərası Paris, Tokio, London, Milan kimi şəhərlərdə keçirilən beynəlxalq podiumlardan sonra başlayıb. Məqsəd isə olduqca sadədir: Mədəniyyətlərin qovuşduğu bu sehrli şəhərdə türk qadınlarına modern görünüşü yerli gözəlliklə birlikdə təqdim etmək.



İstanbulda bu sahənin ən önəmli simaları ilə birgə layihələrə imza atmağa başlayan Adela Jirikova, xüsusilə türk qadınının geyim tərzini və modaya olan marağını yaxından görmək imkanı qazanıb. Adela bu sahədə türk qadınlarında özünə inam aşılamaq üçün məşhur sənət adamları ilə işbirliyinə başlayıb, Ajda Pekkan və Sərtab Erener kimi sənətçilərin kliplərində rol alıb. Xüsusi seçilmiş libaslarda modern və cəsur qadın imicini yüksək səviyyədə canlandıran Adela öz gücünə güvənən, haqlarını sona qədər qorumağı bacaran türk qadınını qürurla təmsil edib.

Milyonlara ünvanlanmış bu kliplər indi də olduqca populyardır. Həmin ekran işlərinə təkcə ‘YouTube” vasitəsilə 6 milyondan çox baxış olub. Adela Türkiyə ilə yanaşı, Orta Asiya, Körfəz ölkələri, Yaxın Şərq və Balkan dövlətlərində də televiziya vasitəsilə qadın izləyicilərə üz tutaraq moda sahəsində yeni cığır açır.



Bir moda həftəsindən daha ötəsi…

Moda həftələri sayı o qədər də çox olmayan moda şəhərlərində keçirilən və ilboyu səbirsizliklə gözlənilən tədbirlərdəndir. İstanbul moda şəhərləri arasında son illərdəki yüksəlişi ilə önəmli yer qazanıb. Dünyaca məşhur moda mərkəzlərində podiuma çıxan Adela Jirikova üçün İstanbul Moda həftəsində yer almaq xüsusi əhəmiyyət kəsb edirdi. Bu xəyalını gerçəkləşdirən çexiyalı model hisslərini belə ifadə edir:

“Bu, təsadüfi seçim deyildi. Türkiyəyə model kimi əvvəllər də gəlmişdim. İnkişaf etməkdə olan və sürətlə böyüyən ölkələrdəki qadınlara güc vermək və onları dəstəkləmək missiyamı davam etdirmək istəyirdim. Bu səbəbdən həm İstanbul Moda həftəsində yer almaq, həm də yalnız qadın modelyerlərlə işbirliyi qurmaq mənim üçün önəmli idi.  Türk qadınlarının daha çox cəsarət və güvən qazanmaq üçün axtarışda olduqlarını müşahidə etdim və moda vasitəsilə özlərini daha yaxşı hiss edəcəklərinə inandım. Ənənəvi olmayan xarici görünüşümə baxmayaraq, türk mədəniyyəti haqqındakı məlumatlılığım Qərb və Türk dünyası arasında körpü yarada bilməyimə yardım etdi. Modelyerlərlə reallaşdırdığım ortaq layihələr İstanbul Moda həftəsində yer almağıma kömək oldu və mən Mədəniyyət elçisi adına layiq görüldüm. Təsirli və fərqli dizaynlar təqdim etməklə daha müasir imic sərgiləyə bilməkdə türk qadınlarına yardım göstərməyə çalışdım. Özünə güvənən, cəsur qadınların səsi oldum. Nəticədə, olduqca uğurlu bir tədbir keçirdik və türk qadınlarından saysız-hesabsız gözəl mesajlar aldıq. Məhz bu səbəbdən İstanbul Moda həftəsi mənim üçün yuxu kimi keçdi”.









Xəbərin oxunma sayı : 274




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap