Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qətər köməyə gəldi, Türkiyə böhrandan xilas olur:“Bu dəstək Türkiyə üçün həlledici faktor olacaq“

Tarix 16.08.18, 17:12

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Qətər avqustun 15-də Türkiyəyə 15 milyard dollar investisiya yatıracağını elan edib. 

Türkiyə hökuməti bildirib ki, Qətərin verdiyi vəsait banklara və maliyyə bazarlarına buraxılacaq.

“Reuters” xəbər verir ki, investisiya paketini Qətər əmiri Şeyx Tamim bin Hamad Al-Thani Ankarada prezident Rəcəp Tayyip Ərdoğanla görüşü zamanı bəyan edib.

“Guardian” yazır ki, Qətər xəbəri yayılandan az sonra Türkiyənin milli valyutası 5 faiz dirçələrək iş gününün sonuna yaxın 1 dollar üçün 6, 04 lirə olub.

Türkiyə lirəsi bu il ərzində 40 faiz çəki itirmiş və onun məzənnəsi bu həftənin əvvəlində 1 dollar – 7 lirə səviyyəsinə enmişdi. Türkiyə və Qətər son illərdə partnyordan yaxın müttəfiqə çevriliblər.

Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri Qətərlə diplomatik münasibətləri dayandırıb onu blokadaya salanda Ankara Dohanın yanında olub. Səudiyyə Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edirdi. Doha bu ittihamları rədd edir. Təhlilçilər inanırlar ki, Qətərin maliyyə dəstəyi Türkiyəni indilik böhrandan çıxara biləcək.

Politoloq Soner Cagaptay düşünür ki, Qətərin dəstəyi Türkiyə üçün həlledici faktor olacaq.

O, bu münasibətlə yazdığı tvitdə qeyd edir: “Bu dəstək Türkiyəyə investor etimadını artıracaq və Türkiyəni iqtisadi süqutdan xilas edəcək. Qətərlilər inanırlar ki, onları Səudiyyə-BƏƏ-nin mümkün hərbi müdaxiləsindən Türkiyənin qoşun çıxarması xilas edib”.

Lakin bir çox investorlar Ankaranın daha fundamental maliyyə tədbirləri görməsini – uçot dərəcəsini artırmasını gözləyirlər. Onların fikrincə, bu edilməsə Türkiyənin maliyyə çətinlikləri xroniki şəkil alacaq.

İnvestorları narahat edən daha ciddi məsələ Türkiyənin NATO müttəfiqi ABŞ-la münasibətlərinin gərginləşməkdə davam etməsidir. ABŞ-ın aliminum və polada rüsumları ikiqat artırmasına cavab olaraq Ankara avqustun 15-də Amerika avtomobillərinə, alkoqol və siqaretə rüsumları qaldırıb.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 250




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap