Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qətər Qəzzada humanitar layihələr həyata keçirəcək - 180 milyon dollarlıq

Tarix 15.05.19, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


Qətər hökuməti Fələstindəki Qəzza zolağında səhra xəstəxanası inşa edəcək və yerli elektrik stansiyasını ilin sonunadək yanacaqla təchiz edəcək. Bu layihələrin məbləği 180 milyon ABŞ dollarıdır.

“Report” “The Times of İsrael”ə istinadən xəbər verir ki, ötən gün mətbuat konfransı zamanı Qətərin Fələstindəki səfiri Məhəmməd əl Əmadi yaxın altı ay ərzində Qəzza zolağında yaşayan yoxsul əhali üçün kiçik qrantlar şəklində maliyyə yardımları göstərəcəklərini bildirib.

Bu yardımlar ötən həftə Qətərdəki Qəzza Yenidənqurma Komitəsinin xətti ilə birbaşa Qəzza zolağı üçün ayrılan 180 milyon dollarlıq vəsait hesabına maliyyələşəcək. Diplomat sözügedən vəsaitin həmçinin yerli elektrik stansiyasının ilin sonunadək yanacaqla təchizatına və İsraildən Qəzza zolağına elektrik xəttinin tamamlanmasına və bölgənin şimalında səhra hospitalının tikintisinə sərf olunacağını diqqətə çatdırıb.

Qətərin ayırdığı maliyyə vəsaitinin İsraillə bölgədəki Həmas və “İslami Cihad” kimi terror qrupları ilə əldə edilmiş atəşkəs çərçivəsində Qəzza zolağına çatdırıldığı bildirilir.



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap