Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qeydiyyat və Notariat Baş İdarəsi “ASAN Xidmət”ə qarşı? - İlqar Məmmədovun biznes maraqları

Tarix 25.02.19, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin  "ASAN xidmət” Mərkəzlərinə zor nümayiş elətdirməsi ilə bağlı Miq.Az-ın redaksiyasına şikayət məktubu daxil olub.

"Əlavə gəlir mənbələri” ged-gedə sıradan çıxır

Şikayət məktubunda qeyd olunur ki, "ASAN Xidmət” mərkəzlərin əhatə və  xidmət yerləri genişləndikcə digər dövlət qurumları "özləri” üçün qurduqları  "əlavə gəlir mənbələri” ged-gedə sıradan çıxır.

Elektron hökumət portallarının və "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti vətəndaşlara lazım olan sənədlərin əldə edilməsini rahatlaşdırır və əvvəllər əldə etmək istədikləri sənədləri almaq üçün verdikləri əlavə ödənişlərdən azad olunurlar. Əhaliyə ən çox sənəd xidmətlərini göstərən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi isə əlindən çıxan əlavə gəlir yerlərinin qismən bərpa etmək üçün demək olar ki, daim alternativ yollar axtarır.

Sübaylıq haqqında arayışlar...yalnız Bakı şəhər 1 saylı Notariat ofisi?

 "ASAN Xidmət” mərkəzləri açılana qədər qədər apostil, leqalizasiya, tərcümə sübaylıq haqqında arayışların verilməsinə görə əhalidən qeyri – qanuni yollarla külli miqdarda vəsait əldə edirdilər.  Belə ki, sübaylıq haqqında arayışların yalnız Bakı şəhər 1 saylı Notariat ofisindən  arayışların almağı əlavə olaraq pul ödəyib, orda tərcümə və leqalizasiya elətdirmək lazım idi. İndi isə bu işi "ASAN  Xidmət” mərkəzləri götürdüyündən  burda onlara "əlavə  gəlirlərinə” təsir göstərmişdir.  

İlqar Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edir- "Tərcümə şəbəkə mərkəzi” 

Bundan əlavə "ASAN  Xidmət” mərkəzlərində "Tərcümə mərkəzləri” fəaliyyət göstərdiyindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  "Tərcümə şəbəkə mərkəzi” yaratmış və  bütün notariat ofislərinə tərcümə işlərini yalnız həmin şəbəkə vasitəsilə görülməsi  üçün göstəriş verilmişdir. 

Bu azmış kimi İlqar Məmmədov  bir az da qabağa gedərək  Prezident İlham Əliyev cənablarının iradəsinin əksinə gedərək artıq "Asan Xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat ofislərinə deyil, məhz onun şəxsi "Tərcümə şəbəkə mərkəzində” görülməsini tapşırmışdır.

Bundan əlavə apostil və leqalizasiya xidmətləri üçün 10 günlük müddət təyin etmiş, "ASAN xidmət” mərkəzlərində bu müddətdən tez sənəd verilməmişdir.  

İlqar Məmmədovun biznesi, gündəlik on minlərlə manat ASAN gəlir

Lakin özünə xidmət edən notariat ofisində 3 gün müddətinə əlavə 300 manat ödəməklə sənədləri hazırlamaq mümkün olmuşdur.  Bunu da rəsmiləşdirmək olmazdımı ki, əgər vətəndaş  və yaxud hər hansısa  təşkilat sənədlərini tezləşdirmək lazım olduğu təqdirdə qanuni ödəniş müqabilində bunu etsin. Əsla olmaz, çünki bu İlqar Məmmədovun  bilavasitə özü üçün qurduğu biznesdir ki, bu da ona gündəlik on minlərlə manat gəlir gətirir.

Hazırda "ASAN Xidmət” mərkəzlərində ipə-sapa yatmayan yeganə qurum notariat ofisləridir. Bunun da əsas səbəbi bu idarədə rəhbərlik edən İlqar Məmmədovun bu vəzifədə oturmasıdır. Nə  qədər ki, İlqar Məmmədov və komandası bu idarədə çalışacaqsa ölkə rəhbərliyin iradəsinin əleyhinə işləyən qərarlar verəcək. Səbəb isə illər boyu rahat üsulla əldə etdikləri maliyyə resurslarının əldən çıxmasıdır.

 Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1840




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap