Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qəzzafinin yoxa çıxmış 700 milyardlıq xəzinəsi...

Tarix 28.02.17, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Diktatorun 700 milyardlıq sərvəti “itsə” də, zəngin Liviya mirası uğrunda savaş hələ davam edir.

Liviyanın devrilmiş diktatoru Müəmmər Qəddafinin hazırda Misirdə yaşayan əmisi oğlu Əhməd Qəzzaf əd-Dam bu ölkədə baş verən inqilabın nəticələri ilə bağlı maraqlı açıqlamalar verib. Onun inqilabın 6 ilinin tamam olması ilə bağlı "RİA Novosti"yə verdiyi müsahibəni strateq.az saytı yayımlayıb.

Liviyada inqilab adlanan proseslərin əslində kənardan idarə olunduğunu iddia edən Qəzzafinin qohumu bir sıra maraqlı faktlar da açıqlayıb. Əhməd Qəzzaf deyib ki, keçmiş hakimiyyətin Liviyadan kənarda və ölkə daxilində 600 milyard dolları, tonlarla qızıl və gümüşü olub. Liviyanın dünya üzrə nağd valyuta ehtiyatlarına görə səkkizinci yeri tutduğunu deyən Qəzzafinin qohumu bu pulların hamısının qarət olunduğunu iddia edib.

Sitat: “Ölkədə nə qalmışdısa, qarət olunub. Bu altı ildə daş üstünə bir daş da qoyulmayıb. Paytaxt küçələri işıqsızdır, su təchizatı kəsilib, maaşlar verilmir. Lakin NATO raketlərinin köməyi ilə hakimiyyətə gəlmiş bu oyuncaqlar Misirdəki ”Müsəlman qardaşlar" hökumətinə iki milyard dollar ödəmişdi ki, məni təhvil versinlər".


O, baş verənlərə görə, Qərb ölkələrini və NATO-nu ittiham edib: “Şübhəsiz, BMT Təhlükəsizlik Şurası və NATO bloku məsuliyyət daşıyır. Liviyada baş vermiş dağıntılar, ölkə infrastrukturunun məruz qaldığı böyük dağıntılar, qətllər, ölkə sakinlərinin üçdə birinin məcburi köçü, yaralılar, oğurlanmış milyardlar, qədim abidələr, qızıla, urana görə, lakin ən başlıcası, bütün dünyaya səpələnmiş liviyalıların alçaldılmış ləyaqətinə görə. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın, Böyük Britaniya İcmalar Palatası Komissiyasının, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin səhvlərini etiraf etməsindən sonra biz üzr istənilməsini tələb edirik. Səhv buraxanlar səhvini düzəltməlidir”.


Xatırladaq ki, 1969-cu ildə Liviyada Misirdə baş verən “polkovniklərin üsyanının” təsiri ilə hərbi çevriliş olub və kral İdris devrilib. Ondan sonra hakimiyyətə polkovnik Müəmmar Qəzzafi gəlib və ölkəni 42 il, yəni 2011-ci ildə devrilib qətlə yetirilənə qədər idarə edib. 42 il polkovnik Qəzzafinin dəmir yumruqla idarə etdiyi Liviyada inqilab 2011-ci ilin fevralında Tunis və Misir inqilabının ardınca baş verib.

Ancaq etirazlara zorakılıqla cavab verən Qəzzafiyə qarşı Qərb yerli müxalifləri silahlandırmaqla yanaşı, NATO-nun hava hücumlarını da təşkil etdi. Hava zərbələri və Qərbin dəstəklədiyi silahlı qruplar Qəzzafinin tərəfdarlarını məğlub etdilər, özünü isə 2011-ci il oktyabrın 20-də yaralı ələ keçirdikdən sonra linç etdilər. Liviyada 42 il davam edən Qəzzafi erası beləcə başa çatdı.
Ancaq bütün faciələr də bundan sonra başladı. 2012-ci ilin yayında seçkilərlə yeni hökumət formalaşdırılsa da, ölkədə sabitlik yaratmaq mümkün olmadı. Müxtəlif silahlı qruplar, tayfa birləşmələrini tərk-silah etmək mümkün olmadı. Əksinə, silahlı qruplar tezliklə ölkədə xaosa səbəb oldular və Liviya nəzarətsiz silahlı qrupların oylağına çevrildi. 2012-ci ildə Benqazi şəhərində ABŞ konsulluğuna hücum edən radikal terror qruplaşmasının üzvləri səfir Kristofer Stivensi qətlə yetirdilər.


Lakin çox tezliklə məlum oldu ki, Liviyada “əl-Qaidə” də daxil olmaqla, müxtəlif radikal dini cərəyanlara məxsus silahlı qruplar var. Ötən il isə İŞİD Liviyaya yerləşdiyini bəyan etdi. Bir neçə ay əvvəl İŞİD-in Liviyadakı qolu Qəzzafinin məmləkəti olan Sirtəni ələ keçirib. Ondan əvvəl isə Dərnə şəhəri İŞİD-in əlinə keçib.


Liviyanın özü isə 2014-cü ilin may ayından etibarən faktiki olaraq iki hissəyə bölünüb. Bundan sonrakı dövrdə iki tərəf arasında qanlı savaş davam edib. Ölkənin qərb hissəsində, paytaxt Tripolidə (Misrata əyaləti) möhkəmlənən islamçı hakimiyyət şərq bölgəsində Tabruk şəhərində yerləşən hökumətlə müharibə vəziyyətindədir. 2012-ci ildə seçilmiş Liviya parlamenti və hökumət hazırda Tabrukda yerləşir və qərbdə islamçılarla müharibə aparır.


Qeyd edək ki, Liviya inqilaba qədər ən zəngin ərəb ölkələrindən biri, səhrada neft zənginliyinin parıltısının göz qamaşdırdığı ölkələrdən biri idi. Şimali Afrikanın neft zəngini səhra ölkəsi Liviyanın ərazisi 1,77 milyon kv.km, əhalisi isə 6,5 milyon nəfər (inqilaba qədər) idi. Dünyada ən çox neft ixrac edən 8-ci ölkə olan Liviyada Qəzzafi dönəmində gündəlik 2 milyon barel neft istehsal olunub. Bu isə 6,5 milyon əhalisi olan ölkə üçün böyük göstərici hesab olunurdu. Liviyada adambaşına düşən milli gəlir 12 min dollardan artıq olub, ölkənin 70 milyard dollara yaxın maliyyə ehtiyatları olub.


İnqilabın ilk illərində ekspertlər Qəzzafi ailəsinin Avstraliyadan Britaniyaya qədər müxtəlif ölkələrdə, offşor hesablarda, daşınmaz əmlak şəklindəki 240 milyard dollarlıq sərvətinin yox olduğunu bildirirdilər. Məlum məsələdir ki, diktatorun sərvətlərinin yerini ən yaxşı Qərbin xüsusi xidmət orqanları və müvafiq qurumları bilirdi. Bu vəsaitlərin bir hissəsi yəqin ki, heç zaman üzə çıxmayacaq, bir hissəsi isə diktatorun əmlakı kimi “dondurulacaq”. Oxşar vəziyyət İran şahının sərvətləri ilə bağlı oldu. Şahın 13 milyard dollarlıq sərvəti hələ də ABŞ banklarında “dondurulmuş” vəziyyətdədir. Yeri gəlmişkən, Misirdə inqilabdan sonra Hüsnü Mübarək ailəsinin Qərb banklarında 80 milyard dollar sərvətinin “batdığı” haqda bilgilər dolaşırdı. Aydın məsələdir ki, bu pullar “çirkli” olduğu üçün diktatorların varisləri də onun arxasınca düşə bilmir. Oxşar vəziyyətin Tunis diktatoru Zeynəlabdin bin Əli, İraq diktatoru Səddam Hüseynin sərvətinin başına gəldiyi haqda iddialar mövcuddur. İstənilən halda Şərqin soyğunçu avtoritar liderlərinin Qərb banklarında gizlədilən pulları hansısa bir zamanda yenidən “öz əsl sahiblərinə” geri qayıdır.


Amma Liviyada savaşın davam etməsi ölkənin hələ də mövcud zəngin ehtiyatları ilə bağlıdır. Liviyanın hətta indiki gücü ilə böyük neft-qaz istehsalı potensialı var. Bu isə bu ölkə uğrunda mübarizəni daha da şiddətləndirir. Hazırda ölkə faktiki olaraq iki hissəyə bölünüb. Ancaq eyni zamanda İŞİD Liviyanın bir sıra bölgələrində hələ də güclüdür, Sirtə və Derna şəhərlərinə nəzarət edir. Bundan başqa, üsyandan sonra müstəqil hərəkət edən və Qəzzafi zamanında olduğu kimi mərkəzi hökumətlə bağlarını qoparan yerli tayfaların hər birinin özünün silahlı dəstələri mövcuddur. Belə bir vəziyyətdə Liviyada pərakəndə silahlı gücləri bir araya gətirərək ölkədə birlik yaradacaq qüvvə hələlik yoxdur. Liviyada yenidən birlik əldə etmək üçün güclü liderə və silaha ehtiyac var. Bu isə hələ zaman alacaq.



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap