Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qida təhlükəsizliyi sahəsində dəyişikliklər –Yeni rusumlar tətbiq olunacaq

Tarix 18.05.18, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Ölkə parlamenti qanunvericiliyə qida təhlükəsizliyi sahəsində idarəçiliyin təkmilləşdirilməsi və dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər edə bilər.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, dəyişiklik təkliflərini parlamentə prezident göndərib. Mayın 18-də Aqrar siyasət komitəsi dövlət rüsumu, lisenziyalar haqqında qanunlara və Torpaq Məcəlləsinə təklif olunan həmin dəyişiklikləri müzakirə edib.

“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər dövlət rüsumunun tutulduğu yeni halları müəyyən edir. Təkliflər qəbul edilsə, qida təhlükəsizliyi sertifikatının verilməsinə görə, 20 manat məbləğində rüsum tutulacaq.

Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına görə də rüsumlar müəyyən edilir. İlk dəfə reyestrə daxil edilməyə görə 150, reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə 50, reyestrdən çıxarışın dublikatının verilməsinə görəsə 10 manat rüsum alınması təklif olunur.

Təkliflərdə həmçinin, qida təhlükəsizliyi ilə bağlı daha bir neçə hala görə 5 manatadək dövlət rüsumu alınması nəzərdə tutulur. Baytarlıq, fitosanitar sertifikatının, baytarlıq preparatlarına, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin, habelə idxal karantin icazəsinin verilməsinə görə, hazırda mövcud olan dövlət rüsumlarının məbləğinin isə artırılması təklif edilir.

Torpaq Məcəlləsinə “əkin yerinin yandırılması qadağandır” məzmununda düzəliş təklif olunub. “Lisenziyalar və icazələr haqqında” qanuna təklif olunan dəyişikliklər texniki məzmunludur.

Aqrar komitə təklifləri bəyənib və Milli Məclisin plenar iclasına göndərib. (Azadlıq Radiosu)



Xəbərin oxunma sayı : 391




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap