![]() |
|














Qisasçı qüvvələr bir yerə toplanır - Arif Qasımov Ramiz Mehdiyevlə necə təmas qurur?
Tarix 18.10.21, 19:43 |
|

Arif Qasımov Azərbaycanda “Mehdiyev klanı”na daxil olan bufer icra başçılarından hesab olunurdu. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və sədri Leyla Əliyevanın təşəbbüsü ilə abadlaşdırılmış parkda şəxsi qazanc və biznes məqsədilə qeyri-qanuni şəkildə restoran tikdiyinə görə 2020-ci il iyul ayının 11-də tutduğu postdan - Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifədən çıxarıldı.
Nizami rayonuna 5 il rəhbərlik edən (2015-2020) Arif Qasımovun vəzifədə olduğu dövrü iki cür xarakterizə etmək olar:
Birincisi, Nizami rayonunda yaşıllıqlar məhv edildi, abadlaşdırma işləri tormozlandı, icra başçısının və ətrafının rayondakı mütləq hakimiyyəti yaradıldı və sahəsi 19,6 km2 olan bir rayon Qasımovlar ailəsinin şəxsi qazanc “bolota”sına çevrildi.
İkincisi, Nizami rayonunda yaşayan 250 min əhali ilə mərkəzləşdirilmiş dövlət aparatı və siyasi hakimiyyət arasındakı rabitə minimuma endirildi, əhalinin sosial problemləri daha da dərinləşdi və dövlətin sosial sütunlarına ciddi zərbələr vuruldu. Bəli, bütün bunlar Arif Qasımovun 5 illik icra başçısını dönəmində əsas “xidmətləri”nin bir hissəsidir.
Demokrat.az-a daxil olan məlumata görə, Arif Qasımov Azərbaycandakı əmlaklarını satışa çıxarıb və tezliklə üç övladını da Qərb ölkələrinə yola salmağa hazırlaşır. Ancaq məsələ bununla bitmir. O, özünün yaxın ətrafına yuxarı dairələrin ondan hələ də milyonlarla pul tələb etdiyini bildirir. Sabiq başçı öz fikrini belə əsaslandırır ki, vəzifədən çıxarkən var-dövlətinin bir hissəsini onsuz da “təhvil” verib.
A.Qasımovun oğlu Nadir Qasımovun öz dostları arasında atasının “incidilməsini” üsyankar şəkildə ifadə etməsi də deyilənləri təkzib etmir. Bu həmin N.Qasımovdur ki, atasının sabiq MTN rəhbəri Eldar Mahmudovla yaxın əlaqələri sayəsində hərbi xidmətdən yayınmışdı, ancaq bir müddət sonra hərbi biletlə “təmin” edilmişdi. N.Qasımov təm-təraqlı həyat şəraiti, bahalı maşınlar kolleksiyası, eyş-işrət məclislərinə külli miqdarda və nümayişkəranə şəkildə pul xərcləməsi də cəmiyyətə yaxşı bəllidir. Atasının 9 illik icra başçısı dönəmində (A.Qasımov 4 il də Siyəzənin icra başçısı vəzifəsində işləyib -2011-2015) dövlətdən və xalqdan çalınan pullarla xarici ölkələrdə və Azərbaycanda qabarıq və kobud həyat tərzi sürən N.Qasımovun bugünkü “narahatlığı” anlaşılandır.
Digər tərəfdən, N.Qasımov atası işdən azad olunandan sonra daha bir gəlir mənbəyindən də məhrum olub. Belə ki, o, atasının tabeçiliyində olan məmurlar vasitəsilə pul müqabilində müxtəlif vəzifələrə adamlar təyin etdirirdi.
Arif Qasımov Ramiz Mehdiyevlə necə təmas qurur?
2020-ci il avqust ayının 18-də AMEA-nın prezidenti Ramiz Mehdiyevin karantin və pandemiya qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy məclisi təşkil etməsi cəmiyyətin ciddi təpkisi ilə müşaiyət olundu. Karantin qaydalarını pozan şəxslər, eləcə də R.Mehdiyevin kürəkəni İlham Əliyev barəsində qanuni tədbirlər də görülmüşdü. Bu da məlumdur ki, həmin məclisdə müxtəlif deputatlar, iş adamları və sabiq məmurlar iştirak edirdi. A.Qasımovun vəzifədən çıxarılmasından cəmi 37 gün sonra R.Mehdiyev nəvəsinə toy etmişdi. Uzun illər Mehdiyev “çətiri”nin altında illərlə kreslo tutan şəxslər, eləcə də A.Qasımov həmin məclisdə iştirak edirdi. Onun toy məclisində R.Mehdiyevə yaxınlaşaraq bundan sonra da ona dəstək nümayiş etdirməsi yayılan əsas məlumatlar sırasında idi.
Ancaq Demokrat.az sensasion sayılacaq daha bir məlumat əldə edib. Belə ki, saytımıza daxil olan məlumata görə, A.Qasımov xarici nömrə işlədir və mütəmadi olaraq vatsap vasitəsilə Mehdiyevlə əlaqə yaradır. “Vurulan” şərurlular arasında vasitəçilik missiyasını da məhz Arif Qasımov bu yolla yerinə yetirir.
Hətta A.Qasımov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə gizli şəkildə “Qəbələ təndir” restoranında (Qənimətlər Parkının yaxınlığı) görüşlər keçirir.
Ardı var...
Mənbə:Demokrat.az
Xəbərin oxunma sayı : 1012
Sosial
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV