|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qitələri birləşdirən layihə - Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından bir il ötür
Tarix 30.10.18, 21:58 |
|
Qitələri birləşdirən layihə adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından bir il ötür.
"Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan bu regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır, onu mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi ölkəmizin prioritet məsələlərindən biridir. Burada yüksək dərəcədə inkişaf etmiş nəqliyyat infrastrukturu yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti artırılır. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Abşeron Logistika Mərkəzinin tikintisi kimi layihələr artıq reallaşdırılıb, "Şimal-Cənub”, "Şərq-Qərb” və "Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir, bu dəhlizlər müxtəlif qitələrdə yerləşən bir sıra iri ölkələri birləşdirir.
İnfrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ona görə ki, nəqliyyat logistika sistemlərinin inkişafı sayəsində daşımaların həcmini qat-qat artırmaq olar. Bu isə ölkəyə xarici valyuta axınına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin beynəlxalq aləmdə prestijinin yüksəldilməsinə kömək edəcək.
Bakı-Tbilisi-Qars qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrini cəlb edir.
Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı dəmir yolu
Tarixi hadisənin baş verdiyi gündən – bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı mərasimindən bir il keçir. Bu nəqliyyat qovşağının açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov, habelə Tacikistan və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolu bütün region üçün strateji əhəmiyyət kəsb edir. Bu yeni dəmir yol xətti Avropanın və Asiyanın dəmir yol şəbəkələrinin ən qısa yolla birləşdirilməsini təmin edir. Bu, təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında ən qısa yoldur. O, yüklərin daşınmasına sərf edilən vaxtı iki dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər – Bir yol” iqtisadi inkişaf strategiyası prizmasından nəzərdən keçirilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: dünyanın 60-dan çox ölkəsini əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yük daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün imkan yaradır.
Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirmiş Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirir. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimindəki çıxışında deyib: "Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək”.
Daşımaların coğrafiyası genişlənir
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından keçən bir il ərzində bu dəmir yolu ilə 3 minədək vaqon və konteyner daşınıb. BTQ ilə ilk konteyner qatarı Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mərsin şəhərinə taxıl yüklənmiş 32 vaqon daşıyıb. Sonra Mərsindən Azərbaycana içərisində 650 ton yük olan 32 konteyner göndərilib. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə hər həftə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında 3 reys yerinə yetirilir. Əsasən inşaat materialları, elektrik avadanlığı, yuyucu vasitələr, taxıl, jmıx və digər məhsullar daşınır. BTQ ilə Rusiyadan Türkiyəyə taxıl daşınır. Bu günlərdə SOCAR və "ADY Konteyner” Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkmənistanın Marı zavodundan Türkiyəyə karbamid göndərilməsini təmin ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolu şaxələndirilmiş tranzit-logistika qovşağı kimi daha cəlbedici olur. Bu logistika qovşağı, eyni zamanda, Çinin, Mərkəzi Asiya ölkələrinin və Əfqanıstanın Avropaya, habelə Türkiyənin Qara dəniz limanları vasitəsilə Yaxın Şərqə və Şimali Afrika ölkələrinə çıxışını asanlaşdırır, bu isə Azərbaycan ərazisindən keçən bu nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artıracaq.
BTQ daha bir transkontinental nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA) çərçivəsində Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizinin yaradılması ilə bağlı saziş imzalanıb. Bu dəhliz Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcək, daha sonra Xəzər vasitəsilə Bakı və Tbilisidən keçməklə Türkiyəyə, oradan isə Avropaya uzadılacaq. Bu günlərdə Bakıda Lapis–Lazuli Route layihəsinin reallaşması ilə bağlı danışıqlar aparılacaq.
Multimodal daşımalar
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını və onların Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə Avropa istiqamətində və ya gəmilərlə Şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir. Limana yaxın ərazidə azad iqtisadi zona yaradılır. Bu, limanın mühüm nəqliyyat qovşağı kimi tranzit və daşımalar üçün daha geniş imkanlarını təmin edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən liman ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Ərazisi 117 hektar olan limanda yanalma körpüsü var. Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona, o cümlədən 100 min konteynerə bərabərdir. Konteyner meydançasında eyni vaxtda 1040 konteynerin yerləşdirilməsi və 64 soyuducu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.
2018-ci ilin yanvar-sentyabr aylarında Bakı Limanında ümumi yükaşırmanın həcmi 2 803,8 min ton olub. Ümumi yükaşırmanın 86,0 faizi (2397,5 min ton) tranzit yükaşırmanın payına düşüb. Xüsusilə, konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 16 940 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb. Bu da müvafiq dövr ilə müqayisədə 54.4 faiz artım deməkdir ( 2017-ci ildə 10 970 TEU).
Bakı limanı vasitəsilə həyata keçirilən multimodal daşımalar sayəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirib. Dəniz donanmasının yeniləşdirilməsi üzrə müntəzəm iş aparılır. Xəzər regionunda multimodal daşımalarının daha geniş tətbiqi, bütövlükdə dəniz daşımalarının asanlaşdırılması və bu işlərin həcminin artırılması üçün yeni tankerlər və bərələr alınır.
Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivləri
Bu gün Xəzər dənizindən və daha sonra Qafqazdan keçməklə Mərkəzi Asiyadan yükdaşıma marşrutları xüsusi aktuallığa malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalara maraq göstərən ölkələrin sayı get-gedə artmaqdadır. Bir çox ölkə, xüsusilə Şərq ölkələri "Bir kəmər- Bir yol” layihəsi çərçivəsində transavrasiya nəqliyyat dəhlizindən istifadə edilməsinə maraq göstərir.
Özbəkistanın infrastrukturunun təkmilləşdirilməsi və 2018-2022-ci illərdə yükdaşımalarının xarici ticarət marşrutlarının şaxələndirilməsinə dair kompleks proqramda Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulma nəzərdə tutulur. Bu ölkə Nəvai-Türkmənbaşı- Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin istifadə edilməsində maraqlıdır. Həmin dəhliz Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan dəmir yollarının Türkiyənin nəqliyyat şəbəkəsi ilə birləşdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyənin Mərsin limanı vasitəsilə Özbəkistanın Aralıq dənizinə çıxmasını təmin edəcək.
"Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan transxəzər beynəlxalq nəqliyyat marşrutu inkişaf etdirildikcə, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə daşınan yüklərin həcmi bir neçə dəfə artacaq.
Sərnişin daşımaları
2019-cu ilin üçüncü rübündə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Sərnişin daşımalarının həyata keçirilməsi üçün "Stadler: şirkətinə dörd kateqoriyalı 30 yataq vaqonu sifariş edib: "Standart”, "Komfort”, "Biznes” və "Restoran”. Bu vaqonların 2019-cu ilin birinci rübündə Azərbaycana gətiriləcəyi gözlənilir. İlk partiyada 10 ədəd vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.
Sərnişin daşımaları regionda turizm inkişafına şərait yaradacaq. Bu dəmir yolu vasitəsilə bir günə Qarsa, iki sutka yarıma İstanbula getmək mümkün olacaq. Bu, regionda turizmin inkişafına güclü təsir göstərəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini əyani şəkildə sübut edir.
Gözlənildiyinə görə birinci mərhələdə sərnişindaşımaların həcmi ildə 1 milyon nəfər, yükdaşımaların həcmi isə ildə 5 milyon ton olacaq. İkinci mərhələdə müvafiq göstəricilər artaraq ildə 2 milyon sərnişin və 17 milyon ton yük təşkil edəcək.
Abşeron Logistika Mərkəzi
Bu ilin avqust ayında açılmış Abşeron Logistika Mərkəzi ölkəmizin nəqliyyat-logistika potensialının inkişafının daha bir elementidir. Bu mühüm infrastruktur obyekti Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yol marşrutları ilə bağlıdır. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başlayanda bu mərkəz vasitəsilə qonşu ölkələrə idxal-ixrac əməliyyatlarını, həmçinin Azərbaycan ərazisindən multimodal yükdaşımaları daha operativ şəkildə həyata keçirməyə imkan yaranacaq.
Yeni İpək Yolu Mərkəzi dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu "Bir kəmər – bir yol” təşəbbüsünə qoşulmuş ölkələrin infrastrukturunun və texniki imkanlarının inkişafına töhfə verir, nəqliyyat proqramlarının həyata keçirilməsinə şərait yaradır. Yükdaşımaların həcmi artdıqca bu marşrutun səmərəsi də artacaq. Regionda sabitliyə, sülhə və iqtisadi səmərəyə şərait yaradan hər hansı layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı həm ölkəmizin özünün, həm də bütün regionun iqtisadiyyatının inkişafı üçün çox vacib məsələdir.
Azərtac
Xəbərin oxunma sayı : 424
Gündəm
Xəbərlər
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
-
Vəfat edənlərin yığılan pullarının taleyi necə olacaq? - ARAŞDIRMA
-
Erməni postları sökülür - Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər
-
Tarixin ən davamlı avtomobilləri - SİYAHI
-
Ukrayna Rusiyanın böyük hücumuna hazırlaşır - Zelenski qələbəyə inanır
-
Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir
-
Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)
-
ABŞ “son ukraynalıya qədər döyüş“ə məcbur edir - Volodin
-
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ermənilər Qazaxın 4 kəndinə gedən yolu bağladılar – Video
-
“İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb“ - Türkiyə DİN
-
Qazaxıstanda daşqınlar: Doqquz minə yaxın şəxs evinə qayda bilmir
-
Hədəfə doğru növbəti addım: Kremlin dəyişən baxışı - TƏHLİL
-
Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq
-
Bakıdan sonra ən çox fərdi sahibkar hansı regiondadır? - SİYAHI
-
“Ukrayna münaqişəsindən çıxış yolu yoxdur” - İlon Mask
-
Azərbaycanda hotellər bahalaşdı - VİDEO
-
Bugünkü imtahanda nəzarətçi köçürməyə şərait yaradıb – Rəsmi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Vaşinqton Kiyevə yardımla bağlı qəti cavab alacaq” - Mariya Zaxarova
-
“Qobu park 3” yaşayış kompleksində binalar əyildi – VİDEO
TOP 10
ARXİV