Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qlobal ərzaq qiymətləri yenə ucuzlaşıb - Buğda isə bahalaşıb

Tarix 06.06.22, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ilin may ayında qlobal ərzaq qiymətlərində 0,6 faiz azalma qeydə alınıb. Musavat.com BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatına istinadən xəbər verir ki, mayda qlobal ərzaq qiymətləri indeksi 157,4 bənd təşkil etməklə apreldəki göstəricidən 0,9 bənd aşağı olub.

İki aydır azalma müşahidə olunsa da, qlobal ərzaq qiymətləri indeksi 2021-ci ilin eyni dövründəki səviyyədən 29,2 bənd (22,8 faiz) yüksək olaraq qalır. May ayında ərzaq qiymətindəki azalmaya gətirən əsas faktorlar bitki yağları, süd məhsulları və qismən də şəkərin ucuzlaşmasıdır.

Ay ərzində bahalaşma taxıl məhsulları və ət qiymətlərində müşahidə olunub. Belə ki, mayda taxıl qiymət indeksi 173,4 bənd təşkil etməklə aprel göstəricisindən 3,7 bənd və ya 2,2 faiz, ötən ilin eyni dövründəkindən isə 30,7 bənd və ya 29,7 faiz yüksək olub. Bu zaman buğdanın qiymətindəki artım dördüncü aydır ki, davam edir. 56,2 bənd təşkil edən bu qiymətlər 2008-ci ildəki rekord səviyyədən cəmi 11 faiz aşağıdır. Bu artıma səbəb Hindistandan ixracın dayandırılması, həmçinin bir sıra istehsalçı ölkələrdə az məhsul gözləntiləri və Ukraynadan ixracdakı problemlərdir. Yemlik taxılın qiyməti may ayında buğdanın əksinə olaraq 2,1 faiz ucuzlaşıb. ABŞ və Argentinada istehsalın artması, Braziliyada yığım mövsümünün başlanması ilə əlaqədar qarğıdalının qiyməti 3 faiz azalıb. Daha 3,1 faizlik ucuzlaşma sarqonun qiymətində müşahidə olunub. Əvəzində arpa 1,9 faiz, düyü isə 2 faizədək bahalaşıb.

FAO-nun maye yağ indeksi may ayında 229,3 bənd təşkil etməklə aprella müqayisədə 8,3 bənd(3.5 faiz) azalmış olub. Bu azalmada palma, soya, günəbaxan və kolzo yağlarının ucuzlaşması əsas rol oynayıb.

Qlobal ət qiyməti indeksi keçən ay 122 bənd təşkil etməklə aprellə müqayisədə 0,6 bənd(0,5 faiz) artıb. Bu artıma səbəb quş ətinin qiymətindəki kəskin bahalaşmadır. Bahalaşmanın səbəbi isə Ukraynadan yem və quş əti ixracının kəskin azalması, həmçinin Avropa və Yaxın Şərqdə quş qripi hallarının artmasıdır. Əsasən Qərbi Avropadan olmaqla donuz əti təklifinin çoxalması qiymətlərin düşməsinə gətirib çıxarıb. Mal və qoyun ətində də cüzi ucuzlaşma müşahidə olunub.

FAO-nun qlobal şəkər qiymətləri indeksi may ayında apreldəkindən 1,3 bənd və ya 1,1 faiz aşağı olmaqla 120,3 bənd təşkil edib. İki aylıq kəskin bahalaşmadan sonra şəkər qiymətlərindəki enməyə xüsusilə Hindistandakı rekord məhsul səbəbilə qlobal təklifin artımı səbəb olub.

Süd məhsulları isə mayda 3,5 faiz ucuzlaşıb. Səkkiz aylıq davamlı artımdan sonra bu, ilk azalmadır.



Xəbərin oxunma sayı : 1306




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap