Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

QMİ “Whatsapp” vasitəsilə yayılan mesajlara münasibət bildirib

Tarix 13.09.17, 0:06

Font ölçüsü : - / +
bitmap-img6


“Whatsapp” vasitəsilə yayılan mesajlar, “bu mesajı 25 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən” kimi mətnlərin hər hansı dini əsası yoxdur

Bunu “Trend”ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O qeyd edib ki, din ağıla və məntiqə söykənir: "Hansısa bir mesajı göndərmədikdə bəla gözləyir demək sağlam düşüncəyə və məntiqə ziddir. Bu, xurafatdır, mövhumatdır və ümumiyyətlə dinə qarşı, insanların inancına qarşı yönəlir. Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar, indi bu cür mətnləri mesaj formasında göndərirlər”.

Ş.Həsənli bildirib ki, ümumiyyətlə İslam dinində hər hansı bir hadisəni pisə yozmaq yoxdur, yəni din nəs anlayışını inkar edir: “Heç kim qətiyyən bu cür mesajlara inanmamalıdır. Əslində bu mesajları yaymaqla biz onu təşkil edənlərin maraqlarına xidmət edirik ki, bu da dini gözdən salmağa yönəlmiş bir addım ola bilər. Bu mesajları yayanların digər məqsədi də insanlar arasında çaşqınlıq, təşviş yaratmaqdır”.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap