Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qod Nisanov Azərbaycana yenidən niyə qayıdır? - Rusiyanın növbəti “troya atı”

Tarix 07.07.17, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Qod Nisanovun birdən-birə şəhərin mərkəzində yerləşən, çox gəlirli və məşhur, yüzlərlə insanın çörək təknəsi olan bir bazara sahiblənməsi təəccüb və maraq doğurur.

Qod Nisanov Fərhad Əhmədov və İlham Rəhimovdan sonra Azərbaycana yürüdülən növbəti “Troya atı”dır. Gələcəkdə bu atın içərisindən Zarah İllieyev də çıxarsa, təəcüb doğurmaz... 

Uzun müddət idi ki, Bakı sakinlərinin “Təzə bazar” kimi tanıdığı Təzə bazar MMC-nin mülkiyyətçisi olan ticarət mərkəzi ilə bağlı mübahisə gedirdi. Bazarın şərikləri- bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla  “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasındakı mülk davası səngimək bilmirdi. Dünən sözü gedən bazarın Rusiyada yaşayan azərbaycan iş adamı, əslən Qubanın Qırmızı qəsəbəsindən olan dağ yəhudisi Qod Nisanov tərəfindən alındığı barədə məlumatlar yayıldı. Məlumat rəsmi qurumlar tərəfindən də təsdiqlənib. 

Xatırladaq ki, 1972-ci il təvəllüdlü Rusiyanın məşhur milyarderlərindən olan həmvətənimiz bir neçə il öncə həmkəndlisi və iş ortağı milyarder Zarah İlliyevlə birlikdə 2000-ci illərin əvvəlində “Koroğlu” metrostansiyası  yaxınlığında “Gön-dəri” zavodu açmışdı. Zavodun istehsal etdiyi mallar əsasən xaricə ixrac edilirdi və rentabelli işləyirdi. Lakin 2013-cü ildə həmin zavod heç bir səbəb göstərilmədən fəaliyyətini dayandırdı və söküldü. Zavodun sahibləri Zarah İliyev və Qod Nişanov bu barədə əsaslandırılmış açıqlama vermədilər. 

Картинки по запросу qod nişanov və zarah iliyev

Həmin vaxt ölkə qəzetlərində Qod Nisanovla Zarah İlliyevin “Milyarderlər klubu” adlanan, Rusiya kəşfiyyatının antiAzərbaycan layihəsi olan qurumun üzvlərindən olduğunu yazırdılar. O zaman adı çəkilən milyerderlər bu iddianı təkzib etməyib susmağa üstünlük verdilər və Azərbaycanla əlaqələrini demək olar ki, tamamilə kəsdilər. Onların azərbaycanla əlaqələri doğulduqları Qırmızı qəsəbəyə cüzi yardımlar göndərməkdən o yana getmirdi 

Lakin Qod Nisanovun birdən-birə şəhərin mərkəzində yerləşən, çox gəlirli və məşhur, yüzlərlə insanın çörək təknəsi olan bir bazara sahiblənməsi təəccüb və maraq doğurur. Görəsən uzun müddət vətəndə heç bir biznes fəaliyyəti ilə məşğul olmayan Qod Nisanovun ölkənin paytaxtında külli miqdarda vəsait qoyaraq belə bir bahalı obyekti almağa vadar edən nədir? Axı bu vəsaitə Rusiyada daha gəlirli bi iş qurmaq olardı. 

Qod Nisanovun yeni sərmayəsinin məqsədləri ilə bağlı Pia.az-a danışan mənbə bildirib ki, bu plan əslində Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu kimi tanınan, Moskvada fəaliyyət göstərən iş adamı İlham Rəhimov tərəfindən həyata keçirilməli imiş. Yəni bazarı İlham Rəhimov almalı imiş. Lakin Azərbaycanda böyük biznes layihələrinə və sərmayə qoyuluşuna siyasi səbəblərdən icazə ala bilməyən İlham Rəhimova verilmiş işin icrası Qod Nisanova tapşırılıb. 



Qarşıdan gələn 2018-ci il president seçkiləri ilə bağlı çoxvariantlı planlar quran Rusiyanın Qod Nisanovun üzərində bu dəfə başqa formada və daha aktiv  oyun qurması maraq doğrur. Mənbəmiz bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə və Rusiyanın siyasi elitası ilə ciddi əlaqələri olan Qod Nisanov Fərhad Əhmədov və İlham Rəhimovdan sonra Azərbaycana yürüdülən növbəti “Troya atı”dır. Gələcəkdə bu atın içərisindən Zarah İllieyev də çıxarsa, təəcüb doğurmaz...

Mənbə:Pia.az 




Xəbərin oxunma sayı : 7732




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap