Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Qorxmaz Hüseynov haqqında korrupsiya işi aparılan şəxsə vəzifə verdi - “Azərsu” ASC-də qaranlıq təyinat

Tarix 22.05.19, 14:43

Font ölçüsü : - / +
bitmap-img6


“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yeni təyinatla bağlı əmr verib

“Yeni Sabah” xəbər verir ki, onun əmri ilə Məmmədov Maarif Mikayıl oğlu Mingəçevir Sukanal İdarəsinə rəis təyin edilib. Kərimov Mustafa Yəhya oğlu isə rəis vəzifəsindən azad olunub. Yeni rəis M. Məmmədov “Azərsu” rəhbəri ilə tələbə yoldaşı olub və əvvəl Mingəçevir Sukanal İdarəsində rəis müavini, sonra isə "Bakı Sukanal" İdarəsində məsul vəzifədə çalışıb.

Məsələ heç də, yeni rəisin tələbə yoldaşı olmasında deyil. Bu haqda məlumat verən mənbə bildirir ki, yeni rəis M. Məmmədovla bağlı bir ildən artıqdır ki, Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır: “Keçən ay Mingəçevir Sukanal İdarəsinin rəisini “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov korrupsiyaya görə vəzifəsindən kənarlaşdırdı, amma onun yerinə daha yekə rüşvətxoru rəis təyin etdi.

Bir necə il bundan qabaq Mingəçevirdə Sukanalda rəis müavini işləyərkən bir necə obyektlərdən - daha dəqiq “Zərif” Şadlıq Evinin Nəriman adlı sahibindən rüşvət aldığı üçün barəsində keçən il cinayət işi açılıb və hal-hazırda da müvafiq maddələrlə istintaqı gedir. Amma cinayət işi açılandan sonra Qorxmaz Hüseynov nəyin müabilindəsə barəsində cinayət işi gedən adamı aparıb “Bakı Sukanal” İdarəsində məsul vəzifəyə təyin etdi. İndi isə köhnə rəisi korrupsiyaya görə işdən çıxarıb, barəsində rəsmi olaraq korrupsiya araşdırması aparılan tələbə yoldaşını rəis təyin etdi”.

Məsələ ilə bağlı yazı adı hallanan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1081




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap