Azərin: “O sevgini yaşamıram” Ferhat Göçer Ququşla duet oxuyacaq “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə Talıb Tale: “Orda telefonumu oğurladılar”
Axtar
 
  • / Maqazin / — 22 Noyabr 2017

    Azərin: “O sevgini yaşamıram”

  • / Maqazin / — 22 Noyabr 2017

    Ferhat Göçer Ququşla duet oxuyacaq

  • / Maqazin / — 22 Noyabr 2017

    “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə

  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

Qoz piylənmənin qarşısını almağa kömək edir –ABŞ alimlərinin tədqiqatı

Tarix 21.08.17, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Amerika alimləri qozun faydalı xüsusiyyətləri mövzusunda unikal tədqiqat aparıblar. Məlum olub ki, yetərincə yağlı olan bu məhsul artıq çəkiyə qarşı səmərəli mübarizə aparır.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, qozun başlıca sirri onun iştahanı tənzimləmək bacarığındadır. Gündə cəmi bir neçə qram qoz yeyən insan yemək barədə az düşünür. Qoz baş-beyinə doyma barədə siqnal göndərir. Amerika alimlərinin gəldiyi qənaət könüllülərin iştirakı ilə keçirilən çoxsaylı eksperimentlərin nəticələrinə əsaslanıb. Tədqiqat zamanı könüllülər üzərində MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi aparılıb. MRT-nin nəticələri doyma impulslarının beyinə daxil olduğunu təsdiq edib. Məhz qoz yeyilən zaman beyin daha çox belə siqnal alıb. Eksperimentin birinci həftəsində könüllülərə qoz əlavə edilmiş, ikinci həftəsində qoz əlavə edilməmiş kokteyllər verilib. Məlum olub ki, onlar birinci həftə ilə müqayisədə ikinci həftə daha güclü aclıq hissi keçiriblər.

Alimlər qozun faydasını çoxdan öyrənirlər. Onlar müəyyən ediblər ki, qoz ovqatı yaxşılaşdırır, insultun və hətta onkologiyanın qarşısını alır.



Xəbərin oxunma sayı : 151

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda