|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qubad İbadoğlu 2019-cu ilin büdcəsini təhlil etdi:“Xərclər bölgüsü ədalətsizdir, qapalıdır, infliyasiya yaradacaq”
Tarix 04.12.18, 11:19 |
|
Tanınmış iqtisadçı – ekspert Qubad İbadoğlu 2019-cu il üçün təsdiq olunmuş dövlət büdcəsini təhlil edib.
AzFakt.com həmin yazını oxucularına təqdim edir:
“Milli Məclisdə büdcə “müzakirələri” başa çatdı və 2019-cu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri 25 milyard 190 milyon manat təsdiq olundu. Növbəti ildə orta illik inflyasiyanın 3,8 faiz, manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,70 manat və dünya bazarlarında xam neftin bir barelinin orta satış qiymətinin 60,0 ABŞ dolları məbləğində təşkil edəcəyi nəzərdə tutulub.
Büdcə risklərinin təhlili və makrofiskal proqnozlaşdırma, o cümlədən, iqtisadiyyatın təbii resursdan asılılıq baxımından dəyərləndirməsi nəticəsində belə məlum olur ki, 2019-cu ilin büdcəsində ən azı 19 zəif bənd mövcuddur. Zəif bəndlərin çoxalması növbəti ilin büdcəsinin keyfiyyətini, başqa sözlə xərclərin faydalılığı və onların iqtisadi artıma töhfəsini aşağı salır. Həmin bəndləri aşağıdakı kimi təsnifləşdirmək olar.
1) Azərbaycanda büdcə danışıqları aparılmır. Builki büdcə müzakirələri bir daha təsdiq etdi ki, Azərbaycanda büdcənin təşkili və müzakirəsi parlamentin işi deyil, icra hakimiyyəti daxilində olan bir qrupun inhisarındadır. Hələ də dövlət büdcənin tərtibi Maliyyə Nazirliyi və Prezident Administrasiyasının tam nəzarətindədir, bu prosesdə ayrı-ayrı sahə və xətti nazirliklərin, eyni zamanda büdcədən maliyyələşən digər dövlət orqanlarının iştirakı da məhduddur. Onlar demək olar ki, büdcə danışıqlarında iştirak etmirlər.
2) Parlamentin büdcə prosesində rolu nominal xarakterlidir. Parlamentdə bu ilki büdcə müzakirəsi əvvəlki illərdəkindən fərqli olmadı. Əksinə ötən ildən fərqli olaraq bu il büdcə parlamentə gec təqdim olundu və tez qəbul olundu. Yenə də gözlənildiyi kimi, parlament müzakirəsindən sonra büdcədə kosmetik dəyişikliklər edildi. 2019-cu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya təsdiq olunmuş gəlirlərin 1,1 faizi, xərcləri isə ilkin proqnoza nisbətən 410 milyon manat və ya təsdiq olunmuş xərclərin 1,6 faizi qədər artırıldı. Əslində, bu göstəricilər parlamentin büdcə işində rolunu xarakterizə etmək üçün kifayət edir.
3) “Nəticə əsaslı büdcə” hələ də tərtib olunmur. 2019-cu ilin büdcəsi də əvvəlki illərdə olduğu kimi proqramlar üzrə kodlaşdırma və təsnifat olmadan müzakirəyə çıxarıldı. Proqramlarla nəticələrə və onların ölçülməsinə hesablamnış büdcə işi Azərbaycanda hələ də qurulmayıb. Odur ki, büdcə xərclərinin səmərəliliyi ildən-ilə aşağı düşür, onun ölçülməsi üçün indikatorlar işlənilmədiyindən monitorinqlər aparılmır. Bu isə birbaşa büdcənın xərclənməsində icraçı təşkilatların rolunu və fəaliyyətini qiymətləndirməyə imkan vermır.
4) Yeni qəbul olunan maliyyə qaydası neft gəlirlərinin xərclənməsinə demək olar ki, məhdudiyyət qoymur. Belə ki, 29 iyul 2018-ci il tarixdə ““Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nun 11-1.2. maddəsində ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilmişdir. Bu isə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hələ də yüksək qalmasını şərtləndirir. Belə ki, 2019-cu ilin qeyri-neft büdcə kəsirinin qeyri-neft ÜDM-ə faiz nisbəti 30,8 faiz proqnozlaşdırılıb. Kəsirin yüksək olması uzun illər davam edən protsiklik siyasətin nəticəsidir.
5) Büdcədə neftin hər barelinin qiyməti optimist ssenariyə əsaslanır, real deyil. 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı neftin qiymətinin dünya bazarlarında ucuzlaşması müşahidə edilirdi. Dekabrın 1-ə olan məlumata görə, dünya bazarlarında Azərbaycan neftinin uyğun gəldiyi Brent markalı xam neftin 1 barelinin qyməti 59.46 dollar olub. Odur ki, 2019-cu il üçün 60 ABŞ dollar səviyyəsinin qəbulu optimist yanaşmadır. Əslində büdcə tərtib olunarkən xam neftin 1 barelinin qyməti bir neçə qiymət ssenarisi üzrə proqnozlaşdırılmalıdır ki, xarici şoklardan sığortalanmaq, riskləri idarə etmək mümkün olsun.
6) Büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyildir. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payının son illər ərzində (2017-ci ildə 62,8% təşkil edib) artmasına baxmayaraq, büdcə gəlirlərində qeyri-neft sektoru hələ də aparıcı mövqeyə malik deyil. Bunu postsovet ölkələri ilə müqayisədə daha aydın görmək olur. Belə ki, gələn il üçün 5,4 milyard dollarlıq qeyri-neft büdcəsi proqnozlaşdırılıb ki, belə olan halda da 2019-cu ildə Azərbaycanın qeyri-neft büdcəsi hər adama 551 dollar təşkil edəcək. Halbuki, 2019-cu ildə Gürcüstanın qeyri-neft büdcəsi hər adama 1000 dollar proqnozlaşdırılıb. Keçmiş SSRİ-nin neft və qazla zəngin olan ölkələri ilə müqayisədə də fərq aydın görünür. Belə ki, 2019-cu ildə Rusiyanın büdcə gəlirləri 296 mlrd. dollar və hər adama 2050 dollar, Qazaxıstanın büdcə gəlirləri 31,5 mlrd. dollar və hər adama 1711 dollar olduğu halda, Azərbaycan büdcə gəlirləri 13,5 mlrd. dollar və hər adama 1377 dollar gözlənilir.
7) Büdcənin neft gəlirlərindən asılılığı artır. Büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun (DNF) transfertləri hələ də əsas mənbə olaraq qalır. Belə ki, növbəti il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 49,1 faizi Dövlət Neft Fondundan daxilolmaların, 31,9 faizi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 15,1 faizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 3,9 faizi isə digər mənbələrin payına düşür. Vergilər Nazirliyinin büdcə gəlirlərinin formalaşmasında payı 2015-ci ildəki 40,7 faizdən növbəti ildə 31,7 faizə qədər azalacaq.
8) Büdcə gəlirlərinin yığılması xərcləri ildən-ilə artır. Hesablama Palatasının hesablamalarına görə, hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına Vergilər Nazirliyinin xərcləri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 1,8 min manat, 2018-ci il üzrə 2,1 min manat olub, bu göstərici 2019-cu il üçün 3,1 min manat proqnozlaşdırılır. Eləcə də Gömrük Komitəsinin hər 100,0 min manat məbləğində büdcə gəlirinin yığımına xərcləmələri (büdcədənkənar xərclər daxil olmaqla) 2017-ci il üzrə 3,0 min manat, 2018-ci il üzrə 3,6 min manat olub, 2019-cu il üçün xərclərin 3,8 min manat qədər artımı gözlənilir.
9) DNF-dən büdcəyə transfertlər üzrə ardıcıl siyasət yoxdur. 2014-cü ildən 2018-ci ilədək azalan transferlərin cari ildəki artımı növbəti ildə də davam edəcək. Belə ki, bu ilin büdcəsində DNF-nin transferləri 10.995 milyon manat gözlənilir, gələn il üçün isə 11.364 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir, gələn ilin büdcəsində DNF-nin transfertlərinin payı 50 faizə yaxın olacaq, bundan əlavə ADRNŞ-nin və ABƏŞ-in ödənişləri hesabına büdcədə neft gəlirlərinin həcmi 13.700 milyon manata çatacaq ki, bu da cəmi gəlirlərin 59,1 faizidir.
10) Büdcə gəlirlərinin formalaşmasında regionların töhfəsi yenə də aşağıdır. 2019-cu ilin dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər ümumi gəlirlərin 96,8 faizini təşkil etdiyindən yerli gəlirlərin payı 3,2 faiz olacaq. 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə regionlar arasında (işğal altında olanlar istisna olmaqla) artımlar əsasən Sumqayıt, Gəncə və Şirvan şəhərləri, Abşeron, Neftçala, Salyan, Astara, Ağcabədi, Göyçay, Bərdə və Qazax rayonları üzrə, azalmalar isə Bakı şəhəri, eləcə də Sabirabad, Ucar, Goranboy və Göygöl rayonları üzrə proqnozlaşdırılıb.
11) Büdcədən rayonlara dotasiyalar artır. Gələn il yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin yuxarı həddi əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, bu göstərici cari illə müqayisədə 33471,0 min manat və ya 47,4 faiz çox olmaqla 104046,0 min manat proqnozlaşdırılıb. Həmin məbləğin yerli xərclərin tərkibində xüsusi çəkisi 12,4 faiz təşkil edəcək ki, bu da cari illə müqayisədə həmin göstəricidən 2,6 faiz bəndi çoxdur.
12) Qeyri-neft büdcə gəlirləri azalır. Qeyri-neft sahələrindən daxilolmalar 2015-ci ildə 5028,5 milyon manat, 2016-cı ildə 5405,6 milyon manat, 2017-ci ildə 5189,5 milyon manat olduğu, 2018-ci ildə 5 milyard manat gözlənildiyi halda, gələn il bu mənbədən dövlət büdcəsinə daxilolmalar 4980 milyon manat proqnozlaşdırılıb. Halbuki, 2015-ci ildən indiyə qədər qeyri-neft ÜDM-nin artımı müşahidə olunur.
13) Büdcənin cari xərclərin artım tempi qeyri-neft ÜDM-in nominal artım tempini üstələyir. 2019-cu ilin büdcəsində cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempini 4,6 faiz bəndi üstələməsi gözlənilir. 2019-cu ildə bütün mənbələrdən qeyri-neft gəlirləri 9217,2 milyon manat proqnozlaşdırılır ki, bu da cari xərclərin 93,2 faizini təşkil edir. Bu isə o deməkdir ki, neft gəlirlər nəzərə alınmadan formalaşan büdcə cari xərcləri belə tam maliyyələşdirməyə çatmır.
14) Büdcənin borclara xidmət öhdəlikləri artır. 2019-cu ildə dövlət daxili borcu üzrə ödəniş məbləği 2018-ci illə müqayisədə 67,3 faiz, dövlət xarici borcuna xidmət xərci isə cari ilin göstəricisindən 0,2 faiz çox proqnozlaşdırılıb. Gələn il üçün nəzərdə tutulan büdcə xərclərinin 10 faizə qədəri daxili və xarici borcların ödənilməsinə yönəldiləcək. Məlumat üçün qeyd edim ki, daxili dövlət borcu üzrə proqnozlaşdırılmış ödənişlərin 90 faizi faiz ödənişləri, xarici borc üzrə məbləğin 72,2 faizi isə əsas borc üzrə ödənişlərin payına düşür.
15) Büdcə xərclərinin bölgüsü ədalətsizdir. 2019-cu ilin büdcəsinin hər 100 manatından 6 qəpiyi ekologiyaya, 50 qəpiyi elmə, 70 qəpiyi güzəştli mənzil təminatı və sosial ipotekaya, 1 manat 40 qəpiyi mədəniyyət və incəsənətə, 4 manat 20 qəpiyi səhiyyəyə, 5 manat 72 qəpiyi idarəetməyə, 6 manat 41 qəpiyi məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına, 9 manat 20 qəpiyi təhsilə, 9 manat 40 qəpiyi dövlət borclarına xidmətə, 10 manat 30 qəpiyi sosial müdafiə və təminata, 12 manat 56 qəpiyi müdafiəyə, 39 manat 90 qəpiyi tikintiyə xərclənəcək.
16) Büdcə xərclərinin yarıya qədərinin açılışı yoxdur. Növbəti ilin büdcəsində 27,6 faiz xüsusi çəkiyə malik olan sənaye, tikinti və faydalı qazıntılar, 12,6 faiz paya malik olan müdafiə, 6,3 faiz xüsusi çəkisi olan əsas bölmələrə aid edilməyən xidmətlərin, 1,2 faiz payı olan iqtisadi fəaliyyət xərclərinin nə iqtisadi, nə də funksional təsnifatı var. Bu isə o deməkdir ki, büdcə xərclərinin 47,7 faizi qapalıdır. Bu barədə nəinki ictimaiyyət, hətta parlament üzvləri belə məlumatlı deyil.
17) Gələn ilin büdcəsi inflyasiya yaradacaq. Gələn ilin büdcəsində mədaxil mənbələri üzrə mütləq ifadədə əsas artımlar Dövlət Neft Fondundan sonra aksizlərə (201 milyon manat), hüquqi şəxslərin mənfəət (gəlir) vergisinə (137,4 milyon manat) və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalara məxsus olacaq. Növbəti ilin büdcəsində faiz ifadəsində isə dövlət rüsumu üzrə 33,8 faiz, aksizlər üzrə 27,7 faiz, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 25,6 faiz artım nəzərdə tutulub. Göründüyü kimi gələn ilin büdcəsində artımı təmin edən qeyri-neft gəlirləri əsasən istehlakçıların xərclərinin çoxalması sayəsində proqnozlaşdırılıb. Bu isə, xüsusilə də idxal mallarının qiymətlərinin bahalaşması zamanı mümkündür. Odur ki, gələn il inflyasiyanın 3,8 faiz olması real deyil.
18) Qapalı büdcə korrupsiyanın həcmini yüksəldəcək. Növbəti ilin büdcə xərclərinin 47,7 faizinin qapalı olması, nə iqtisadi, nə də funksional təsnifatın parlament müzakirəsinə çıxarılmaması, büdcə vəsaitlərinin qeyri-şəffaf və hesabatsız istifadəsi korrupsiya risklərini artırır. Qapalı xərclər arasında 6,8 milyard manatlıq investisiya büdcəsində korrupsiya riskləri daha yüksək qiymətləndirilir.
19) Növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb. Dünya bazarında neftin qiymətinin gələn ildən gözlənilən ucuzlaşması 2019-cu ilin büdcəsinə ARDNŞ və ABƏŞ tərəfindən ödənişlərə mənfi təsir göstərə bilər. Aşağı qiymətlərlə yanaşı neft hasilatında gözlənilən azalma DNF-nin büdcəsində kəsirin yaranmasına gətirib çıxara bilər. 2019-cu ilin büdcəsi bu tip neqativ təsirlərə məruz qala bilər”.
Xəbərin oxunma sayı : 472
İqtisadiyyat
Xəbərlər
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
-
Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
-
“Liverpul“la fəxr edirəm“ - Pep Qvardiola
-
Azərbaycanda yenidən zəlzələ ola bilərmi? - RƏSMİ
-
Yollar Zəngəzura aparır - VİDEO
-
Meteohəssas insanlarda narahatlıq hissi yarana bilər - Sabahın havası
-
Əhaliyə ən çox hansı banklar kredit verib? – Tam siyahı
-
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq? - VİDEO
-
Aygün və Namiq toyda hərəkətləri ilə diqqət çəkdilər - VİDEO
-
Fransa şəhər meri nasist salamı verdi - VİDEO
-
“İsrail HƏMAS-a təzyiqi artıracaq” - Benyamin Netanyahu
-
Azərbaycanda un 30% ucuzlaşdığı halda, çörək niyə 11% ucuzlaşıb? – Rəsmi rəqəmlər
TOP 10
ARXİV