Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qubad İbadoğlunun qızı izlənilir - DİN araşdırır

Tarix 12.04.21, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatlarında yaşayan iqtisadçı ekspert Qubad İbadoğlunun qızının izlənməsi ilə bağlı iddialar araşdırılır.

Q.İbadoğlunun qızı Jalə Bayramova hadisə ilə bağlı 102 xidmətinə müraciət edib. Bu gün J.Bayramova aidiyyatı üzrə Yasamal RPİ 28-ci Polis Bölməsinə dəvət edilib.

Ondan baş verənlərlə bağlı izahat alınıb. Hazırda J.Bayramovanın ifadəsi əsasında araşdırma başladılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, Q. İbadoğlu sosial şəbəkə hesabında məlumat paylaşaraq qeyd edib ki, qızı Jalə Bayramova aprelin 9-da ərzaq almaq üçün getdiyi evin yaxınlığındakı mağazadan çıxanda izlənildiyini hiss edib, arxasınca gələnlər yaşadığı binanın həyətinə qədər onu müşayiət ediblər. Səs-küy salandan sonra geri dönüblər.



Xəbərin oxunma sayı : 868




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap