Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Quldur Samvel Babayan silah qaçaqmalçılığında iştirakını etiraf etdi

Tarix 26.03.17, 1:37

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan və digər həbs olunanlar “İqla” zenit-raket kompleksinin və 9M39 raketinin qaçaqmalçılığında iştiraklarını etiraf ediblər. 

Virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, bu barədə bəyanatı bu gün Ermənistanın Baş Prokurorluğu yayıb.

Mənbəyə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində martın 22-də “İqla” zenit-raket kompleksinin tərkib hissələri və həmin kompleksə daxil olan 9M39 raketi aşkar edilib.

“Bununla əlaqədar olaraq, martın 22-də MTX-nin İstintaq idarəsi tərəfindən Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanılıb.

Bu cinayətdə iştirakda şübhəli bilinərək, elə həmin gün üç nəfər, o cümlədən Samvel Babayan həbs edilib.

İstintaq zamanı əldə olunmuş kifayət qədər dəlil əsasında Samvel Babayana və onun əlaltılarına həmin iki maddə üzrə ittiham irəli sürülüb.

Baxmayaraq ki, təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməyiblər, ifadə verdikləri zaman şübhəlilər, o cümlədən Samvel Babayan sözügedən silah-sursatın qaçaqmalçılığında iştirak etdiklərini etiraf ediblər və işin mahiyyəti üzrə məlumat veriblər.

Məhkəmənin 24 mart tarixli qərarı ilə ittiham edilənlər 2 ay müddətinə həbs cəzasına məhkum olunublar. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - Ermənistan Baş Prokurorluğunun məlumatında deyilir. 



Xəbərin oxunma sayı : 85




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap