Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qulu Məhərrəmlidən AzTV-dəki dəyişikliklərə reaksiya: “Bu, həm də ortaya bəzi suallar çıxarır”

Tarix 23.02.19, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


"Televiziya işi bir sistem kimi mürəkkəb, çoxpilləli və çoxşaxəli olduğundan indi AzTV-də gedən prosesləri birmənalı qiymətləndirmək, hər hansı nəticə barədə danışmaq tezdir”.

AzFakt.com xəbər verir ki, bu sözləri müsavat. com-un debat proqramında çıxış edən professor Qulu Məhərrəmli söyləyib. 

O bildirib ki, son bir ayda AzTV-də yeni layihələrin vacibliyi barədə danışılması və aparılmış bəzi kadr dəyişiklikləri müəyən ümidlər yaradır, amma problemlər də var:

"Məsələn, "Telefilm” və Dublyaj birliyinin rəhbəri, keçmiş sədr Alışanovun yaratdığı rüşvət və maliyyə saxtakarlığı sisteminin əsas fiquru olan Səyavuş Məmmədovun işdən çıxarılması olduqca müsbət addımdır. Amma adı davamlı olaraq rüşvətdə hallanan və buna görə də əvvəllər işdən çıxarılmış Bəxtiyar Qaracanın yenidən AzTV-yə məsul vəzifəyə gətirilməsi təkcə bu yaxşı təəssüratı korlamır, həm də ortaya bəzi suallar çıxarır”.

Televiziya tənqidçisi hazırda sədr vəzifəsini icra edən Rövşən Məmmədovun fəaliyyətinə də münasibət bildirib: "Bu adam gəncdir, ixtisasca jurnalistdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil. Bütün bunlar ölkənin əsas TV-sinin yayımında müəyyən dəyişikliklərin aparılacağına ümidlər oyadır”.

Debatda İTV-nin fəaliyyəti barədə də danışan professor Q.Məhərrəmli deyib ki, ölkə ictimaiyyətinin bu kanaldan ciddi gözləntiləri vardır. 

O, bacarıqlı prodüser, yaxşı menecer və intellektual şəxs kimi tanıdığı baş direktor Balaş Qasımovun bu gözləntiləri doğruldacağına, hazırda ictimai TV-də hazırlanan yeni və maraqlı layihələri uğurla gerçəkləşdirə biləcəyinə əminliyini ifadə edib.

 



Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap