Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qurban Qurbanov: “Daha diqqətli olmalıyıq“

Tarix 30.07.19, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


"Vacib oyuna hazırlaşırıq. Cavab matçında daha diqqətli olmalıyıq. Hər iki komanda çox istəklidir. Onlar da qalib olmaq istəyirlər. Nə qədər çətin olsa da, hamını sabah maraqlı oyun gözləyir. Çalışacağıq ki, uğurlu nəticə əldə edək".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İrlandiya "Dandolk"u ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib.

 

47 yaşlı mütəxəssis "Azərsun Arena"da baş tutan mətbuat konfransında zədəli olan Bədavi Hüseynovun durumunun yaxşı olmadığını söyləyib: "Bədavi Hüseynov fərdi məşqlərə də başlamayıb. Məşqlərə başladı, amma hiss etdi ki, yaxşı deyil. Dünən müayinədən keçdi və qərara alındı ki, müalicə davam etməlidir. Digərlərə gəlincə, tam hazır olmasalar da, vəziyyətləri yaxşıya doğru gedir".

Məşqçi Maqaye Qeye və Rerras Faysayın da durumuna aydınlıq gətirib: "Hazırlıqları daha yaxşıdır. Amma öz optimal formalarından uzaqdırlar. Əsas heyətdə olmayacaqlar. Ən azından birinin "18-lik"də olmaq ehtimalı var".

Qurbanov bütün rəqiblərə qarşı bəzi dəyişikliklərin olduğunu diqqətə çatdırıb: "Öz oyun üslubumuzu qoruyub saxlamağa çalışmışıq. Rəqibin qarşısını da almaq lazımdır. Onların oyununu analiz etmişik. Öz oyunumdan da imtina etməyəcəyik".

 

Təcrübəli mütəxəssis Avropa Liqasında mübarizə aparan "Neftçi" və "Qəbələ"yə uğurlar arzulayıb: "Avrokubokda xallara ehtiyacımız var. Ölkə reytinqi yaxşılaşmalıdır. Keçmək bir yana, qələbə ilə mərhələ adlamaq daha yaxşı olar".

Məşqçi Mahir Emrelinin İspaniya klubuna keçəcəyi ilə bağlı suala isə cavab verməyib. O, sabahkı matçı düşündüklərini və fikirlərini bu qarşılaşmaya yönəltdiklərini vurğulayıb.

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlanacaq.(Report)



Xəbərin oxunma sayı : 163




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap