Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rüşvət verməmək üçün ev tikintisində nələri bilmək lazımdır? - “15 gün sonra tikintiyə başlamaq olar....”

Tarix 26.09.20, 17:05

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda Azərbaycanda, xüsusilə də Bakı şəhəri və Abşeron rayonunda çoxsaylı qanunsuz tikililər mövcuddur.

Bunun əsas səbəbi isə yerli icra hakimiyyətlərinin bu sahədə yol verdiyi nöqsanlar və qanunsuzluqlarıdır. Vətəndaşların da bu sahəyə aid qanunları bilməməsi həmin icra orqanlarının özbaşınalığına təkan verir. Bu tendensiya illərdir ki, davam edir.

Maraqlıdır ki, hazırda ev tikmək istəyənlər hansı prosedurdan keçməlidirlər? Fərdi ev tikintisi sadələşdirilibmi?

Bu barədə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Cebhe.info-ya bildirib ki, fərdi yaşayış evinin tikintisi Tikinti və Şəhərsalma Məcəlləsi və bu məcəlləyə uyğun olan digər normativ hüquqi aktlarla tənzmilənir:

"Azərbaycanda fərdi yaşayış evinin tikintisi məlumatlandırma icrası qaydasına aid olan tikililərə aiddir. Yəni burada tikintiyə icazədən söhbət getmir. Sadəcə olaraq, müəyyən normativlər var ki, ona əməl edilməlidir. Bu, nədən ibarətdir? Bakı şəhərində 0,3 əmsal deyilən anlayış var. Burada tikintinin hündürlük məsafəsi, yəni, 0 səviyyəsindən dam örtüyünə qədər olan məsafədən söhbət gedir. Yəni, deyək ki, evin hündürlüyü 4 metrdirsə, bu 0,3-ə vurulur. Alınan nəticə nəzərə alınmaqla, qonşu həyətlər və əsas yolla məsafə gözləyərək tikinti aparıla bilər".

R Osmanlının sözlərinə görə, ilk növbədə tikinti aparılacaq ərazinin torpaq sahəsinin çıxarışının olması vacibdir:

"Eyni zamanda, çıxarışda mütləq şəkildə həmin torpağın yaşayış məntəqəsi torpağı olması şərtdir. Nazirlər Kabinetinin 2014-cü ildə qəbul olunmuş qərarı var. Bu, 100 kvadrat metr torpaq sahəsində inşa oluna biləcək maksimal yaşayış sahəsinin ölçüsünü müəyyən edir. Həmin qərara görə, 100 kvadrat metr torpaq sahəsində maksimum 20 kvadrat metr yaşayış sahəsi inşa etmək lazımdır. Bundan sonra vətəndaş bu fəaliyyət növü ilə məşğul olan lisenziyalaşdırılmış şirkətə müraciət edir. Həmin şirkətdə memarlıq planlaşma layihəsi çəkilir. Layihə çəkildikdən sonra ərazi üzrə rayon icra hakimiyyətinə müraciət edilir. 15 gün ərzində rayon icra hakimiyyəti həmin layihənin tikinti qaydalarına uyğun olub-olmadığlnı yoxlayır və rəy verir. Əgər qeyd olunan normativlər pozulmayıbsa, icra hakimiyyəti razılıq verir və tikinti işləri başlayır. Əgər 15 iş günü ərzində məktub daxil olduqdan sonra rayon icra hakimiyyəti cavab vermirsə, layihə razılaşdırılmış hesab olunur".



Xəbərin oxunma sayı : 601




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap