İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram” “Pişiyimin dərisini soyub saxlayıram” - Elza Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2018

    İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

  • / Maqazin / — 19 Yanvar 2018

    “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

  • / Maqazin / — 18 Yanvar 2018

    “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

  • / Maqazin / — 16 Yanvar 2018

    Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı

  • / Maqazin / — 15 Yanvar 2018

    Fədayə Laçının həbs müddəti uzadıldı

  • / Maqazin / — 14 Yanvar 2018

    Ajda Pekkan Azərbaycan mahnısına belə rəqs etdi - Video

Rüfət Aslanlının dostu Nikoloz Şurqaianın “erməni sevgisi“ - FOTOLAR

Tarix 31.08.17, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Son illər maliyyə böhranı ilə əlaqədar ölkə banklarında müxtəlif dəyişikliklər baş verir, bəzi banklar bir-biri ilə birləşdirilir. Maliyyə böhranından əvvəl yol verilən qanun pozuntuları, mənimsəmələrin nəticəsi olaraq devalvalsiyadan sonra bank sektorunun çökməsinə gətirib çıxartdı. Nəticədə bir çox banklar müflis oldu, bəziləri birləşdirildi. Dövlət tərəfindən görülən tədbirlərə baxmayaraq bank sektorunda problemlər hələ də qalmaqdadır.

Aparılan islahatlardan sonra sektorun dirçəlməsi gözlənilsə də, bəzi bank rəhbərlərinin yarıtmaz iqtisadi-menecer siyasəti sektorun çöküşünü sürətləndirir. Belə banklardan biri də "Nikoil Bank"dır.

Bu barədə AzFakt.com-a verilən məlumatda iddia olunur ki, "Nikoil Bank"ın yeni rəhbəri Nikoloz Şurqaia rəhbərliyə gəldiyi gündən yerli işçilərə qarşı qeyri-insani rəftar nümayiş etdirir. Bank rəhbərinin yerli işçiləri "gözümçıxdı"ya salması narazılıqların yaranmasına səbəb olub. 

Bildirilir ki, Nikoloz Şurqaianı bu vəzifəyə dostu, daimi məclislərdə bir yerdə olduğu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı gətirib. İngiltərədə yaşayan gürcü əsilli Nikoloz Şurqaianın Rüfət Aslanlı ilə Londonda tanış olduğu bildirilir. 

Image result for Rüfət Aslanlı

Maraqlı bir məqam isə bank rəhbərinin "Facebook" sosial şəbəkəsində ermənilərlə yaxından dostluq eləməsidir. Amma bu dostluq təkcə sosial şəbəkə ilə bitmir. İddiaya görə "Nikoil Bank"ın rəhbəri səfər etdiyi Avropa ölkələrində ermənilərlə tez-tez məclislərdə olur. Əslində xarici bir vətəndaşın ermənilərlə dostluq etməsinin, yazışmalarının bizə dəxli yoxdur. Amma Nikoloz Şurqaia  Azərbaycanda çalışır, Azərbaycan isə Ermənistanla müharibə vəziyyətindədir. Onun yazışdığı ermənilərin əksəriyyəti Azərbaycana qarşı radikal münasibət nümayiş etdirir, ölkəmizə qarşı anti-təbliğat aparırlar. Yəni Azərbaycanın çörəyini yeyib, ölkəmizin əleyhinə danışan ermənilərlə dostluq etmək heç də yaxşı hal deyil.



Məlumatda bildirilir ki, Nikoloz Şurqaia Azərbaycana, xalqımızın adət-ənənələrinə, faciələrinə də biganə münasibət bəsləyir. Ona bu günə dək 20 Yanvar və Xocalı faciəsi günlərində, digər əhəmiyyətli günlərdə Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı ziyarət etmək təklif olunub. Amma gürcü bank rəhbəri həmişə bundan imtina edib, ziyarətə işçilərini göndərməklə kifayətlənib. Nikoloz Şurqaianın ölkəmizə qarşı biganəliyinin, hörmətsiz münasibətinin səbəbini isə bilən yoxdu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Rüfət Aslanlının dostu Nikoloz Şurqaianın “erməni sevgisi”
Rüfət Aslanlının dostu Nikoloz Şurqaianın “erməni sevgisi”
Rüfət Aslanlının dostu Nikoloz Şurqaianın “erməni sevgisi”





Xəbərin oxunma sayı : 6616

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda