Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rövşən Lənkəranskidən sonra “Lotu Quli”dən silahlı “dərs”: Xanım və 10 mühafizəçisi güllələrlə qarşılandı - FOTOLAR

Tarix 25.04.17, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Yekaterinburq şəhərində qalmaqallı 4 saylı meyvə-tərəvəz bazası ətrafında "oğru mübahisəsi" silahlı qarşıdurmaya gətirib çıxarıb

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, bazaya məhkəməyə yolu ilə idarəçi təyin edilən İrina Makarova Sankt-Peterburqdan Yekaterinburqa gedib. Yekaterinburqdakı bu məşhur meyvə-tərəvəz bazasında hakimiyyət dəyişikiyi cəhdi qalmaqalsız ötüşməyib. Sankt-Peterburqdan gələn İrina Marakova heç də xoş qarşılanmayıb. Müflis olduğu elan edilən bazanı təhvil-təslim prosesi bitənədək idarə edəcək xanım əraziyə idman görünüşlü 10-dək gənclə gəlib. Onu isə bazaya əvvəl nəzarət edən "qanuni oğru"nun adamları, o cümlədən mühafizəçilər qarşılayıb. Məlumatlara görə, "qarşılanma" mərasimində güllələr atılıb. 

Qeyd edək ki, sözügedən baza uzun müddətdir ki, "qanuni oğru"ların mübahisə meydanıdır. 1971-ci ildən bazaya Tatyana Rusina rəhbərlik edib. 2004-cü ildə isə o,  Yekaterinburqun vitse-meri olan Viktor Konteyevə bazadakı səhminin 51 faizini rüşvət olaraq təklif edib. Bir neçə il sonra  əlindəki səhmləri də itirb. 2011-ci ilə qədər vitse-mer bazanı "qanuni oğru", "Suxaç" ləqəbli Oleq Suxoçevin vasitəsilə idarə edib. Həmin ilin aprelində Rusina bazanı məhkəmə yolu ilə özünə qaytarıb və elə o zaman vitse- mer sifarişli qətllərdə ittiham edilərək həbs olunub. Ancaq "qanuni oğru"lar bazanı əvvəlki sahibinə qaytarmaq niyyətlərinin olmadığını bildiriblər. 2016-cı ildə Tatyana Rusina vəfat edib və bazanın idarəsi onun qızına keçib. Bir müddət əvvəl isə Yelena Rusina Çelyabinskdən olan "nəzarətçi", məşhur azərbaycanlı avtoritet İlham Osmanovun himayəsini qəbul edib.  

Xatırladaq ki, baza əvvəl Rövşən Lənkəranskinin himayəsində olub və bütün “maliyyət hesabatını” ona təqdim edib. Ancaq onun ölümündən sonra hazırda Bakıda həbsdə olan “Lotu Quli” ləqəbli Nadir Səifov bazaya iddia edib. Yelena Rusina anasının şəriki, kriminal avtorutet Azər Piriyevin məsələhəti ilə azərbaycanlı kriminal qruplaşmaların dəstəyindən istifadəni qəbul edib.  İndi isə bazaya Peterburqdan yeni idarəçinin gəlməsi ilə vəziyyət daha da gərginləşib. 

Məlumat üçün bildirək ki, Yekaterinburq “Lotu Quli”nin nəzarətində oan ərazi hesab edilir və şəhərdəki hətta mer seçimlərinin də taleyinin Bakıda həll olunduğu bildirilir. 










Xəbərin oxunma sayı : 250




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap