Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Röyadan Elnarəyə: “Canlı ölüləri harama qoyacam?“ - Qalmaqal yenidən başladı

Tarix 07.08.18, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar artist Röya Ayxan bu günlərdə "Mənə sevgindən bəhs et" adlı yeni mahnısını təqdim edib. 

Axşam.az-ın məlumatına görə, mahnı ətrafında qalmaqal yaranıb. Belə ki, müğənni Elnarə Xəlilova Uitni Hyustonun "I have nothing" mahnısını paylaşıb. İzləyicilər paylaşıma ifaçının Röyaya söz atdığını yazıblar. Bir çoxları mahnını "Mənə sevgindən bəhs et"ə bənzədiblər. Hətta bəstəkar Muxtar Abseynov da ona "Mən bildim" şərhini yazıb. 

Elnarə ona "Elə bildim Röyanın mahnısıdır" şərhini yazan izləyicisinə "Oxşayır, yox?" cavabını verib. 

Xəlilovanın bu hərəkəti Röyanı özündən çıxarıb. O, bir vaxtlar yaxın rəfiqəsi olan, uzun müddətdir küsülü olduğu həmkarına velə cavab verib:

"Məni dindirmə qız, qarabağlılara hörmətim var, pozma. Xanım Elnarə, siz oxumuş qadınsız. Sadə insanları maarifləndirməlisiz. Bunu deməyə haqqım var. Çünki unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür...

Onu qoydum bir kənara. Siz axı hər şeydən xəbərdar, "stildar", "bilikdar", peşəkar izləyicisiz. Onda elə çıxır ki, CeyLonu dəvət edək sual verək ki, "Lambada"nı niyə öz mahnısına salıb oxudu? Tam deyil, amma oxşarlıq varsa, təbii ki, rəhmətliyin əsərinə bənzəməsi şərəfdir. Mən axı canlı ölüləri harama qoyacam?

Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə".












Xəbərin oxunma sayı : 277




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap