“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması parlamentdə müzakirə olunacaq:"Bu, çox səhv addımdır"

Tarix 21.09.19, 22:29

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib. 

AzFakt.com xəbər verir ki, deputat A.Abıyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırda deputatlar məzuniyyətdədirlər:

“Hazırda məzuniyyətdəyik, bir həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək”.

Ağacan Abıyev Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymasının səhv addım olduğunu söyləyib:

“Əgər Rafael Cəbrayılov belə bir hərəkət edibsə, bu, çox səhv addımdır. Girov qoymaq üçün başqa sənədlər var. Şəxsiyyət vəsiqəsi, pasportu girov qoya bilərsən, amma deputat vəsiqəsini girov qoymaq olmaz”.



Xəbərin oxunma sayı : 1474




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap