Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ramil Usubov Berlində Avropa Polis Konqresinin işində iştirak edib

Tarix 22.02.17, 1:48

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Berlində 20-ci Avropa Polis Konqresinin açılışı olub.

Azərbaycanın Almaniyadakı səfirliyindən “Trend”ə verilən məlumata görə, Daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan Avropa Polis Konqresinin bu ilki mövzusu “Sərhədsiz Avropa. Azadlıq, mobillik və təhlükəsizlik”dir.

İki gün davam edəcək konfrans çərçivəsində keçirilən panellərdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, sərhəd təhlükəsizliyi, kriminalistika, polisin uğurlu fəaliyyəti üçün rəqəmsal platformalar, ictimai yerlərin müşahidəsi kimi məsələlər müzakirə olunacaq.

Hər il keçirilən konfransa müxtəlif ölkələrin daxili işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, polis və sərhəd təhlükəsizliyi qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri qatılırlar.

20-ci Avropa Polis Konqresinin Almaniyanın Daxili işlər naziri Tomas de Mezyer və Avropa İttifaqının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı Dimitris Avramopulos tərəfindən edilmiş açılış mərasimində Azərbaycan Daxili işlər naziri Ramil Usubov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər.



Xəbərin oxunma sayı : 70




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap