Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ramin Quluzadə üçün suyun hardan “ bulandığı“ məlumdur - İslahat düşmənlərinin yeni hədəfi

Tarix 20.02.20, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Günel Gözəlova: "Məlumatı yayan "jurnalist" heç bir doğru fakta əsaslanmır, şantaj, qərəzli və böhtandır"

Görünən odur ki, həzm edə bilmirlər. Köhnə təfəkkürlə daim yeniləşən Azərbaycanın inkişaf tempi ilə ayaqlaşa bilməyənlər son qüvvələrini toplayıb müqavimət göstərirlər. İlham Əliyevin başlatdığı islahatlar paketində mühüm yer tutan kadr dəyişikliklərindən sonra kürsüsünü itirən, illərlə hegomonluq edən “eks”lər hər vəchlə görülən işlərə, aparılan islahatlara mane olmağa çalışır, hətta “qurşaqdan aşağı” zərbələr vurmağa da çalışırlar.
Yəqin ki,son günlər müxtəlif media orqanlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə barəsində heç bir əxlaqa, mənəviyyata sığmayan məlumatlarla hamı tanışdır. Məlumatı yayan mənbənin küçə əxlaqı, düşüncəsi, priton psixologiyası ilə yaşadığı heç kəsdə şübhə doğurmur. Mövzuya aydınlıq gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova ilə əlaqə saxladıq: "Türkiyədə çəkilən hansısa bir fotolenti guya nazirlikdə baş vermiş dava kimi təqdim edən “sarı mətbuat” nümayəndələri bu yolla sifariş aldıqları dairələrə özlərini şirin salmaq istəyirlər. Məlumatı yayan "jurnalist" heç bir doğru fakta əsaslanmır, şantaj, qəzəzli və böhtandır".
Azərbaycanda “söyüş mübarizəsinin” əsasını qoyanlar indi də öz əxlaqlarına uyğun yolla şər-böhtan kompaniyasına start veriblər. Heç bir işgüzar əhəmiyyəti olmayan, sadəcə məişət əhəmiyyətli bir şantajla mübarizə aparanların hansı əxlaqa və düşüncəyə sahib olduqları ortadadır. Azərbaycanda başlanan islahatların çoxlarının yuxusuna haram qatdığı məlumdur. Təbii ki, heç bir sosial bazaya,nüfuza malik olmayanlar məhz mübarizənin əxlaqsızlıq variantına üstünlük verirlər. Öz aləmlərində bu yolla Prezidentin etimad göstərdiyi kadrları ləkələməklə istəklərini reallaşdıra biləcəklər.
Əslində Prezident İlham Əliyev kadr islahatlarına 2018-ci ilin 11 aprelində keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldikdən dərhal sonra başlayıb. Xatırlatmaq yerinə düşərdi ki, kadr islahatları sahəsində yeni dalğa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsinə gənc kadr Ramin Quluzadənin təyinatı ilə başladı.

Ötən il oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə də dövlət başçısı kadr islahatları ilə bağlı fikirlərini bildirdi, bəzi hallarda bu prosesə maneçilik törədildiyini söylədi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Ramin Quluzadə Prezidentin kadr islahatları çərçivəsində etimad göstərdiyi ilk məmurlardandır. Vəzifəyə təyinatından sonrakı fəaliyyətinə nəzər salsaq görərik ki, o, bu etimadı doğrultmaq üçün var gücü ilə çalışıb. Yeni yaradılan nazirliyin formalaşması, illərlə yol verilən nöqsanların aradan qaldırılması üçün R.Quluzadə çox böyük işlər görüb. Sadəcə xatırlatmaq kifayətdir ki, onun rəhbərliyi altında birləşdirilmiş rabitə və nəqliyyat nazirlikləri zamanında az qala kriminal qurumlar imicini formalaşdırmışdı. Yeni nazir bu mifi dağıtmağı bacardı-yeni nazirlik müasirliyin,innovativ yeniliklərin ünvanına çevrildi.
Nazirlikdə islahatlar davam etdirilir. Təbii ki, köklü islahatlar hərtərəfli yanaşma tələb edir. Odur ki, infrastrukturda, texniki təchizatda, texnologiyada, insan resursları sahəsində islahatlar aparılır. Eyni zamanda əməkdaşların sosial təminat məsələlərinə də həssaslıqla yanaşılır. İşçilərin sosial rifahının yüksəldilməsi başlanan islahatların ayrılmaz tərkib hissəsidir.

R.Quluzadə Bakıda və bölgələrdə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif, irad və şikayətləri ilə yerində tanış olur. Müraciətlərin əksəriyyəti telekommunikasiya, internet, poçt, işə qəbulla bağlı məsələlərə aid olur. Əksər hallarda müraciətlərin əksəriyyəti yerindəcə həll edilir.
İKT sektoru xidmət sahələrini əhatə etdiyi üçün nazirlik birbaşa vətəndaşlarla işləyir və ona görə də hər bir müraciətə həssaslıqla yanaşılır. Hazırda həm nazirliyin, həm də tabeli qurumların "Qaynar xətt"ləri, poçt və elektron poçt, həmçinin sosial şəbəkələr vasitəsi ilə çoxsaylı müraciətlər qəbul olunur. Həmin müraciətlərin hər biri dəqiqliklə araşdırılır və qiymət verilir.

Göründüyü kimi R.Quluzadə professional yanaşma və gərgin əmək nəticəsində qısa zaman kəsiyində böyük dəyişikliklərə imza atıb. Amma “dəyirman öz işindədir,çax-çax baş ağrıdır” misalı bəzi qaragüruhçu, böhtançı qruplar R.Quluzadə barəsində yalanlarla,iftiralarla dolu məlumatları tirajlayırlar. Yuxarıda dediyimiz kimi, suyun haradan bulandığı da məlumdur. Lakin,mübarizəni kişi kimi aparmaq yaxşıdır. Arvad kimi dedi-qodu demək,böhtan yaymaq rəzalətin ən alçaq variantıdır.

Rubrika.Az



Xəbərin oxunma sayı : 1057




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap