Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verdi - Təfərrüat

Tarix 16.05.22, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.

AzFakt.com yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə VİP-nin rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, 20 may 2022-ci il saat 12:00-da Yasamal Rayon Məhkəməsində ilk prosses olacaq.

Qeyd edək ki, Ə. Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını deyib. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında ayrı-ayrılıqda şikayət veriblər. Yanvarın 13-də Əli Əliyevə birinci şikayət üzrə 5 ay həbs cəzası verilmiş, aprelin 15-də isə ikinci şikayət üzrə həbs cəzası daha 1 ay uzadılıb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında sosial şəbəkələrdə YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun qeyr-etik görüntüləri yayılıb. YAP-dan yayılan görüntülərlə bağlı açıqlamada Ramiz Göyüşovun partiyanın Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə ötən ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verildiyi bildirilib.

Ramiz Göyüşov həmçinin, partiya sıralarından da xaric edilib.



Xəbərin oxunma sayı : 799




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap