Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ramiz Mehdiyev kadr islahatları haqda: “Yeni idarəçilər elitası formalaşır”

Tarix 11.12.19, 10:35

Font ölçüsü : - / +
bitmap-img6


“Etiraf etmək lazımdır ki, İlham Əliyev nadir şəxsiyyətdir. Onun simasında həm islahatçı, həm sabitlik, həm də daxili siyasi tarazlığın saxlanması amili cəmləşib”.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” başlıqlı məqaləsində bildirib. R. Mehdiyev yazıda qeyd edib ki, onun üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmayıb.  

R. Mehdiyev məqalədə qeyd edib: “Prezident dövlət idarəçiliyi sistemində də islahatlar aparır: dövlət orqanlarının strukturu təkmilləşdirilir, bu orqanların, həmçinin dövlət qulluqçularının sayı nəzərəçarpacaq dərəcədə azaldılıb, kadrların tərkibi Qərbdə və Cənubi Asiya ölkələrində ən yaxşı ali məktəblərdə təhsil almış gənc mütəxəssislər hesabına yenilənir. Yeni idarəçilər elitası formalaşır”.

R. Mehdiyev bildirib ki, Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaq: “Həm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşdırılmış uzunmüddətli dinamizmi xatırladacaq. Rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər. Hətta bu sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri keyfiyyətləri yoxdursa (əgər həmin şəxs radikallıq, destruktivlik kimi sistemsiz keyfiyyətlərə malikdirsə), o, dövlət idarəçiliyi prinsiplərinə öz yanaşmalarını tətbiq edə bilər. Bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Bu isə həm arzuedilməz, həm də bütövlükdə yolverilməzdir.

Prezidentin komandasına müvafiq dünyabaxışına və mənəvi keyfiyyətlərə malik olan, İlham Əliyevi sözdə deyil, əməli işdə dəstəkləyən müasir təfəkkürlü və istedadlı təşkilatçılar gəlməlidirlər. Ən başlıcası, onlar əsl dövlətçilər olmalı, xalqın və dövlətin mənafelərini hər şeydən üstün tutmalıdırlar. Siyasi ədəbiyyatdan elita nümunələri məlumdur: “Çikaqolu oğlanlar”, “Harvard komandası”, öz ideyalarını müxtəlif ölkələrin dövlət siyasəti formasında reallaşdıran həmfikirlərin digər kreativ qrupları. Ekspertlərin fikrincə, Prezident İlham Əliyev dövlət idarəçiliyi prinsiplərinin dürüst sistemini qurub. Bu sistem XXI əsrdə qloballaşma proseslərinin fəallaşması və daim artan informasiya axını şəraitində milli mənafelərə uyğundur”.

R. Mehdiyev qeyd edib ki, Prezidentin psixoloji portretini çəkməyə cəhd göstərsək, yekun xarakteristika olaraq bunu deyə bilərik ki, İlham Əliyev psixoloji baxımdan güclü şəxsiyyətdir: “O, məntiqə əsaslanaraq qərar qəbul edən və işi ən səmərəli üsulla təşkil edən praqmatik təfəkkürlü intovertlərə (anlayan, düşünən və mühakimə yürüdən fərd) aiddir. Prezident sağlam düşüncəli, məsuliyyət hissinə malik olan ciddi adamdır. O, verdiyi sözün üstündə durur. Başladığı işi sona çatdırmaq qabiliyyətinə malikdir. Azərbaycan xalqı öz dövlətinin rəhbəri vəzifəsində məhz bu cür şəxsiyyəti və siyasi xadimi görmək istəyir, çünki o, xalqın mentallığına, istəklərinə və gözləntilərinə müvafiqdir”.



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap