Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ramiz Mehdiyev Moskvaya gedib - Təhlükəsizlik məsələləri ilə bağlı

Tarix 21.11.18, 12:04

Font ölçüsü : - / +
bitmap-img6


Moskvada MDB üzvü olan ölkələrin təhlükəsizlik Şuralarının katiblərinin illik görüşü keçirilir. 

Virtualaz.org xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edir.

"Təhlükəsizlik Şuralarının katibləri terrorçuluq fəaliyyətlərinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı birgə mübarizə məsələlərini müzakirə edirlər”-Rusiya tərəfinin yaydığı məlumatda deyilir.

Görüşün gündəliyinə habelə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsinin digər aktual məsələləri, təhlükəsizlik Şuralarının xətti ilə beynəlxalq əməkdaşlıq mövzusu müzakirə edilir.

İclası Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıb və çıxışında bildirib ki, gündəmdə MDB ölkələri üçün ümumi olan təhdidlər, çağırışlarla bağlı problemlər dayanır. O bildirib ki, 2017-ci ildə keçirilən sonuncu belə görüşdən sonra MDB ölkələri İŞİD, "Əl-Qaidə” və onlarla bağlı olan terror təşkilatlarının barəsində analitik informasiyaların mübadiləsini təşkil ediblər. Habelə MDB xarici işlər nazirlərinin BMT Təhlükəsizlik Şurası meydançasında Mərkəzi Asiyada regional tərəfdaşlığın qurulması mövzusunun müzakirəsi üçün görüşü keçirilib.

"Habelə bu müddətdə beynəlxalq terror qruplarının fəaliyyətinin qarşısının alınması üzrə komanda-qərargah və praktiki antiterror təlimləri çərçivəsində birgə tədbirlər sınaqdan keçirilib. Hərbi-texniki əməkdaşlıq inkişaf edib”-məlumatda deyilir.



Xəbərin oxunma sayı : 352




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap