Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rauf Arifoğludan nəcib təşəbbüs – İki media-holdinqin rəhbərini barışdırdı (FOTOlar)

Tarix 17.11.17, 15:28

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Azərbaycan media sektorunda, az qala, sensassiya sayıla biləcək maraqlı hadisə yaşanıb: uzun illər bir-biriylə açıq-gizli rəqabət aparan, hətta küsülü olduqları deyilən iki böyük media-holdinqin başçısı – APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı ilə “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı, nəhayət ki, barışıblar.

Strateq.az xəbər verir ki, bu nəcib təşəbbüsün müəllifi isə üçüncü bir media qrupunun başçısı – “Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlu olub.

Məlumata görə, Rauf Arifoğlu Aynur Camalqızı ilə birgə APA İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 13-cü ildönümünü təbrik etmək məqsədiylə sözügedən holdinqin ofisinə gəliblər və Vüsalə Mahirqızını təbrik ediblər. Bu görüş haqda hər üç media rəhbəri birgə fotoşəkillərini “facebook” hesablarında qısa qeydlərlə və xoş ovqatla paylaşıblar da.



Musavat.com saytı isə Rauf Arifoğlu ilə Aynur Camalqızının APA Holdinqin əməkdaşları tərəfindən “hərarətlə” qarşılandıqlarını xüsusi vurğulayıb, hər üç baş redaktorun ölkə mediasının bir neçə önəmli problemləri ətrafında müzakirə apardıqlarını, hətta bu problemlərlə bağlı “ortaq və koordinasiyalı çalışmalara başlamaq” qərarına gəldiklərini də açıqlayıb.

Xatırladaq ki, uzun illər ölkə mediasında xüsusi yerə malik bu iki media-holdinqin xanım rəhbərləri – Vüsalə Mahirqızı və Aynur Camalqızı arasında sərin münasibətlər hökm sürüb. Hətta o həddədək ki, hər iki tərəf bir-birinin əleyhinə müntəzəm media hücumları da təşkil ediblər. İndi “Yeni Müsavat”ın rəhbəri Rauf Arifoğlunun hər iki şəxslə olan hörmətli münasibətindən faydalanaraq, onları bir araya gətirib barışdırması və hətta birgə əməkdaşlıq haqda razılığa gətirməsi nəcib təşəbbüs sayılmaqla yanaşı, həm də son vaxtlar media sektorunda yaranmış xoşagəlməz durumun diktə etdiyi şərait kimi də qiymətləndirilməkdədir…







Xəbərin oxunma sayı : 403




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap