Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Razim Məmmədov 5 rayona kuratorluq edəcək - Xətainin eks-başçısını “qoruyan əllər“

Tarix 23.02.19, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, iki gün öncə Xətai rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub. 

Demokrat.az xatırladır ki, 52 yaşlı Razim Məmmədov Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. Onun bu vəzifədən azad edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Həmin vaxtı ölkə Prezidentinin Razim Məmmədovu vəzifədən azad etməsi sosial şəbəkələrdə də dəstəkləndi. 

Xüsusilə də Xətai rayon sakinləri Razim Məmmədovun icra başçısı vəzifəsindən çıxarılmasını "toy-bayramla" qarşıladı. 

Şübhəsiz ki, bunun müxtəlif səbəbləri var. Çünki icra başçısı olduğu dövrlərdə Razim Məmmədov daim sakinlərin böyük narazılıqları ilə tez-tez gündəmə gəlib. Hətta, onun adı bir çox biznes məsələlərində də hallanır.

Xətainin icra başçısı olduğu dövrdə Razim Məmmədov Bakı meri olmağa çalışması barədə də tez-tez gündəmə gəlib. Ancaq ölkə başçısı Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə başqa adamı təyin etməsi Razim Məmmədovun bütün arzularının üstünə "xətt çəkmiş" oldu. 

Razim Məmmədov ile ilgili görsel sonucu

 

Yeni vəzifəyə təyin olunanadək ölkə başçısının etimadını itirmiş Razim Məmmədovun həbsi ilə bağlı xəbərlər də dolaşırdı. Onun Xətaidə icra başçısı olduğu zamanlarda ciddi korrupsiya və rüşvət hallarına yol verdiyi iddia olunur.   

Belə bir məqamda Razim Məmmədsovun qəfil Prezident Administrasiyasında yeni vəzifəyə təyin edilməsi bir çox mətləblərdən xəbər verir. Görünən odur ki, Razim Məmmədovu "qoruyan əllər" onu həbsə gedən yoldan xilas edə bildi. 

Razim Məmmədovun məhz Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunması onun “köhnə qvardiyaçı” olduğunu bir daha ortaya qoydu. 

Əldə etdiyimiz məlumata görə, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hazırda Razim Məmmədova Bakının 5 rayonuna kuratorluq işini tapşırıb. O, həmin rayonların başçıları ilə Prezident Administrasiyası arasında koordinasiya işlərini aparacaq. Razim Məmmədovun yeni vəzifəsinin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək...

 




Xəbərin oxunma sayı : 997




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap