Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

REAL rəhbərliyindən Milli Şura və Müsavata sərt sözlər

Tarix 09.03.18, 4:24

Font ölçüsü : - / +
bitmap-img6


REAL hərəkatının Milli Şura və Müsavatın martın 10-da “Məhsul” stadionunda keçirəcəyi birgə mitinqdə iştirakdan imtina etməsi sosial şəbəkələri bir-birinə qatıb. REAL mitinqin təşkilatçısı olan hər iki siyasi qurumun tərəfdarları tərəfindən “məhşər ayağına” çəkilir, hərəkatın ünvanına ən sərt tənqidlər, təhqirlər səsləndirilir.

REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli öz facebook səhifəsində belə bir status paylaşıb: “Öncə söyürlər, sonra mitinqə çağırırlar, sonra mitinqə çağırışın altındakı şərhlərdə söyürlər, sonra cavabın yubandığına görə söyürlər, sonra ”yox" cavabımızı alandan sonra söyürlər. Söyüşdən başları açılandan sonra da deyirlər ki, REAL mövqeyini dəyişdi, satıldı və s. Bilin:

1. REAL-ın nə mitinqlərə, nə televiziyalara, nə apteklərə, nə tikinti şirkətlərinə, nə marketlərə, nə kafelərə, nə də adında “Real” sözü olan və bizdən qaynaqlanmayan başqa qurum və təşəbbüslərə aidiyyəti var.

2. REAL-ın harayasa çağırılması, REAL üçün çağırışa müsbət cavab vermək kimi bir öhdəlik yaratmır.

3. REAL-da bütün qərarlar kollegial verilir. REAL-ın sədri, lider olmasına baxmayaraq, çox sadə adamdır və onun çox sadə (yəni bir) səsi vardır. Həbsdə də ləyaqətlə, kiminsə boynuna minnət qoymadan oturub.

4. REAL-da “lider nə dedi, o da olur” kimi bir yanaşma yoxdur, heç zaman da olmayıb.

5. REAL-da heç kim hökumətdən nə pul, nə vəzifə alıb, nə də hökumətdə vurulandan sonra müxalifətə keçib (üstümüzə gələnlərin bəzilərindən fərqli olaraq). Hərçənd hökumətdən bizə dəfələrlə belə təkliflər olub. Ən çox da mənə olub. Yeri gəlmişkən, Natiq Cəfərlidən əl çəkin! Hər fürsətdə onu satqınlıqda günahlandırmağa girişənlər bilsin ki, REAL-da, onların (Natiqi satqın adlandıranların) diliylə desək, hökumətə ən yaxın adam mənəm. Məndə olan əlaqələrin bircə faizi REAL-ı satqınlıqda ittiham edənlərdə olsaydı, yanlarından keçib onlara salam vermək mümkün olmayacaqdı (ədalarından). Xarici əlaqələrimiz də öz yerində. Biz əlaqələrimizdən şəxsən özümüzə fayda götürmək, ya da başqalarına ziyan vurmaq üçün istifadə etmirik. Onu da unutmayaq ki, REAL-ı mitinqə çağıranlara stadion verilir, REAL-a isə heç 200 nəfərlik otaq verilmir ki, qurultayını keçirə bilsin.

6. REAL-ın davranışı, onun üzvlük siyasətindən və çevrəsinin keyfiyyətindən irəli gəlir. Biz yarandığımız gündən bu yana əsas hədəfi orta sinif adlandırıla biləcək çevrəni düşünmüşük. Əslində bu çevrə kiçik və orta sahibkarlardan ibarət olmalıydı. Lakin bizdəki siyasi sistemin mənfi yan təsirləri ucbatından, bu çevrə əsasən kiçik və orta məmurlardan ibarət oldu. “Məmur” sözü burada geniş anlamda istifadə olunur - dövlət büdcəsindən birbaşa və ya dolayı (layihələrdən və müqavilələrdən) maaş alanları, gəlir götürənləri bildirir. Bunun da üzərinə elm, təhsil və maliyyə sektorlarında kiçik və orta vəzifələrdə çalışanlar, beynəlxalq təşkilatlarda və xarici şirkətlərdə işləyənlər, çeşidli kiçik sahibkarlıqla məşğul olanlar gəlinə bilər. Bu adamların duyğu və düşüncələri REAL üçün önəmlidir.

7. REAL-ın rəhbərliyi hər zaman üzvlərimizin təhlükəsizliyini düşünür, onları güdaza verməməyə çalışır. Bu, belə də olmalıdır. Gözlənilən nəticəni verməyəcəyi öncədən aydın olduğu hallarda üzvləri, özəlliklə gəncləri zərbə altında qoymaq REAL-ın siyasət anlayışına uyğun deyil.

8. və s. (uzatmaq istəmirəm).

REAL kimsəyə düşmən gözüylə baxmır, kimsədən də umacağı yoxdur. REAL hər kəsə ölkəmizin yararına uğurlar diləyir".

Hərəkatın idarə heyətinin digər üzvü Xaliq Bağırov daha sərt reaksiya sərgiləyib: “Adamlar yenə 2013-də ”Milli Şura" təsis ediləndə REAL-ın verdiyi qərardan sonra yaratdıqları havaya girirlər. Hətta eyni arqumentlər, eyni ittihamlar (parlamentdə yer danışığı, İlqar Məmmədovu buraxmaq alveri və sairə) təkrar olunur. Nə oldu bəs? Hələ də parlamentdə yoxuq, hələ də İlqar Məmmədov içəridədir? Hətta o vaxt müxalifət liderlərindən biri bizi “REAL Milli Şuraya getməsə, ictimai rəy onu məhv edəcək”, deyə xəbərdarlıq etmişdi. Bəs niyə REAL dağılmadı? Əksinə, etiraf edə bilərsiniz ki, böyüməyə davam etdi. Bəs o zaman o nə “ictimai rəydir” ki, sizdə belə yanlış fikir formalaşdırır? Ola bilsin ki, həmin “ictimai rəy” digər müxalifətdə olan təşkilatlar üçün vacibdir. Digər tərəfdən də bu “ictimai rəy”in onlara qazandırdıqları da ortadadır. Axı bu qədər qısa yaddaşlı olmaq olmaz. Hiss edirsinizmi eyni qapalı çevrənin içində dövr edirsiniz. Əminliklə bildirirəm ki, “ümumxalq” adlanan mitinqin belə olmayacağına elə mitinqə qərar verənlərin özləri də bilirlər. Çünki şəxsən mən onları bu qədər sadəlövh hesab etmirəm. Bilmirlərsə, o zaman 10 martdan sonra, yəqin izah etməli olacaqlar ki, niyə bunu bilmirdilər. Mənafelərinə uyğun da hərəkət etmək də haqlarıdır. Lakin bu səbəblər heç bir halda bu gün, məhz bu gün REAL-ı bağlamır. Amma bu xalq heç vaxt nəyinsə əleyhinə yox, nəyinsə uğrunda mütəşəkkilləşir".

Müsavatçılar və cəbhəçilərin əsas hədəfinə çevrilən REAL-ın icraçı katibi Natiq Cəfərli fərqli fikrə dözümsüzlük hallarının durmadan artdığından gileyləndi: “Fərqli fikirlərə həm hakimiyyət, həm də ənənəvi müxalifət düşərgəsində dözümsüz münasibət var. Çox zaman səslənən fikirləri başa düşmədən bu hücumları edirlər. İqtidar belə fikirləri daha çox xarici qüvvələrə işləmək, yaxud düşmən dəyirmanına su tökmək kimi ”arqumentlərlə" qələmə verməyə çalışır, ənənəvi müxalifət isə, hakimiyyətə işləmək kimi sırımaq istəyir. REAL artıq bu cür hallara öyrəşib. Hər zaman REAL-ı vaxtsız dəfn etməyə çalışırlar. Amma əksi olur, REAL durmadan güclənir. Bu baxımdan hücumların olması normaldır, amma təhqirlərin olması insanı xəyal qırıqlığına uğradır ki, cəmiyyət deklarasiya yuvarlanır. Bu günə qədər necə bir siyasət aparmışıqsa, eyni siyasəti də davam etdirəcəyik. Onun da az şahidi olmamışıq ki, REAL-ın verdiyi qərarları söyüşlə, təhqirlə qarşılayanlar bir müddət sonra özləri bir-birilərini təhqir etməyə başlayıblar. 2013-cü ildə Milli Şuraya getməməklə bağlı REAL qərar verəndə hətta o zaman bəzi siyasi liderlər belə dedi ki, REAL bununla özünün ölüm hökmünə imza atdı. Əksinə, bu günə qədər daha çox böyüyən təşkilat biz olduq. Bu gün də eyni situasiya yaranıb, bizi söyənlər bir müddət sonra bir-birilərinin üzərinə gedəcəklər. Təəssüf edirəm ki, tarix çox dar bir çərçivədə yenidən təkrarlanacaq. Əhalinin  böyük bir hissəsi bunları kənardan izləyib, nəticə çıxarır. Xalqımız hər şeyi yaxşı dərk edir. Hər hansı bir prosesə xalq qoşulmursa, demək inanmır. Bu da onun haqqıdır. Çünki son 20 ildə xalqın ümidləri, istəkləri ilə oynaya-oynaya gəliblər. Ünvanımıza səsləndirilən ittihamlar həddindən artıq primitivdir. Köhnə müxalifətin ittihamlarından biri də odur ki, REAL gələcəkdə parlamentdə hər hansı bir mandat qazanmaq istəyir. Halbuki bu ittihamı səsləndirənlər indiyə qədər bu hakimiyyətdən bir və ya iki, hətta üç dəfə mandat alıblar. Ağıllı insanlar bir müddətdən sonra bizim haqlı olduğumuzu görəcəklər, üzr istəyəcəklər".



Xəbərin oxunma sayı : 1270




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap