Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Real sektordakı digər məhdudiyyətlər də aradan qaldırılacaq? - Deputatdan açıqlama

Tarix 10.06.21, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


“Turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir”.

AzFakt.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov ötən il ilə müqayisədə ümumi daxili məhsul istehsalının 0,8 faiz artmasına münasibət bildirərkən deyib.

Deputata görə, sərt karantin tədbirlərinə getmədən, əksinə real sektordakı bir sıra məhdudiyyətlərin aradan qaldırılması və yoluxma sayının optimallaşdırılması təqdirəlayiq haldır:

“Pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı. Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk iki ayında 3.2, birinci rübdə 1.3 və nəhayət yanvar-aprel aylarında 0.2 faiz azalmışdı. Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk beş ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artmışdı. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır”.

Turizmin neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektor olduğunu qeyd edən Vüqar Bayramov qeyd edib ki, karantin rejimi ilə bağlı yumşalmalar bu sahənin inkişafına yol açacaq:

“2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımından da vacib hesab olunur. Virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə bilər.

Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərir. Yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.(yenicağ.az)



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap