Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

REAL vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edir

Tarix 06.09.18, 0:39

Font ölçüsü : - / +
bitmap-img6


REAL Partiyasının sədri, ötən ay həbsdən azad edilmiş İlqar Məmmədov vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edir

O, FB səhifəsində vaxtından əvvəl parlament seçkilərinin vacibliyini onunla əsaslandırır ki, mövcud parlament xalqın maraqlarını təmsil etmir, 2018-ci ilin aprelində keçirilmiş prezident seçkiləri isə "ən gülünc tamaşa idi. Beynəlxalq müşahidəçilərin rəyləri əvvəlki seçkilərdə olduğundan daha mənfi olub".

Əgər İlham Əliyev dövlətin idarə edilməsində siyasi tarazlıq prinsipini görürsə və ictimai-siyasi vəziyyətdə gərginlik istəmirsə, Milli Məclisə növbədənkənar seçkilərə razılaşmalıdır. Ancaq bu seçkilər bir oliqarxa məxsus "cib deputatları"nın digər oliqarxın "cib deputatları" ilə əvəzlənməsi yolu ilə olmayacaq",- İ.Məmmədov yazıb.

Vaxtından əvvəl seçkilər ondan ötrü lazımdır ki, yeni tərkibdə Milli Məclis xalqın icra hakimiyyəti qarşısındakı maraqlarını təmsil edə bilsin və saxta prezident hakimiyyəti ilə ümumi dil taparaq demokratiyaya dinc keçidi həyata keçirsin", REAL sədri açıqlama verib.

2013-cü ildə İsmayıllıda kütləvi itaətsizlik aksiyalarına təhrikdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilmiş İlqar Məmmədov Strasburq İnsan Hüquqları Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qərarlarının nəticəsində 2018-ci il avqustun 13-də vaxtından əvvəl şərti azadlığa buraxılıb.

2018-ci ilin aprelində Azərbaycanda vaxtından əvvəl prezident seçkiləri keçirilib. Seçkilərin yekunlarına əsasən İlham Əliyev dördüncü dəfə prezident elan edilib.(Turan)







Xəbərin oxunma sayı : 190




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap