Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Regionlar güzəştlərdən niyə məhrum edildi? –İqtisadçı ekspert hökumətin hədəflərini və öz təkliflərini açıqlayır

Tarix 05.12.18, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Rövşən Ağayev

(İqtisadçı ekspert)

Yeni vergi dəyişikliklərinin əsas əlamətlərindən biri də regionlara verilən güzəştlərin ləğvi oldu. Sadələşdirilmiş verginin dərəcəsi Bakıdan iki dəfə aşağı idi, artıq yeni ildən barəbərləşir.

Fərdi sahibkarların sosial sığorta haqları kəndlərdə iki dəfə aşağı idi, 2019-dan Bakı ilə bərabərləşir.

Güzəştlərdən niyə imtina edildi? Rəsmi əsaslandırma və arqumentlər nədən ibarətdir – bu, çox önəmlidir. Əgər bu güzəştlərin iqtisadi səmərəsi olmayıbsa, nədən az qala 15 il gözləmək lazım gəlib və çevik şəkildə yeni vergi siyasəti işlənməyib? Axı, bu zaman itkisidir.

Yox, hesab edilirsə ki, regionlar artıq inkişaf edib, vergi güzəştlərinə artıq ehtiyac qalmayıb, məncə, hətta rəsmi rəqəmlər bu arqumenti müdafiə etməkdə acizdir. 15 il əvvəl olduğu kimi yenə də regionların milli gəlirdə payı 25%-i, ixracda payı 3-5%-i, büdcədə isə payı 4-5%-i ötmür.

İddia etmək də çətindir ki, regionların inkişafdan qalmasının əsas və köklü səbəbi səbəbi elə vergi siyasətinin yanlışlığıdır. Məsələyə kompleks yanaşma çox önəmlidir – investisiya siyasəti, regional idarəetmədəki boşluqlar, əyalətlərdə insan kapitalının inkişafı üçün mövcud şərtlər, əyalətlərin innovasiyaların tətbiqi baxımından hazırlıq səviyyəsi – hamısı bir arada dəyərləndirilməlidir. Mənə qalsa, düşünürəm ki, Azərbaycanda əksmərkəzləşmə islahatlarını gerçəkləşdirib yerlərə iqtisadi avtonomiya və təşəbbüskarlıq azadlığı verilməyincə, hətta bölgələrin vergidən tam azad edilməsi, müxtəlif investisiya təşviqləri belə nəticə verməyəcək.

Hər halda düşündürücü mövzudur – həm də ölkənin strateji maraqları baxımından zaman itirilməsi mövzu deyil.

Yaxın zamanlar üçün atıla biləcək ən vacib addım: Regional iqtisadi inkişafla bağlı ayrıca qanun qəbul edilməli, bu qanunda ölkə üzrə adambaşına milli gəlirin məbləğinin 70%-dən gəlir formalaşdıran, adambaşına kənd təsərrüfatına yararlı torpaqların həcmi ölkə üzrə orta göstəricədən azı 1.5-2 dəfə aşağı olan, dəniz səviyyəsindən 1000-dən yüksəklikdə yerləşən ərazilərə münasibətdə komleks istisadi təşviq proqramları tətbiq etmək vacibdir. 
15 ildir işlənən ənənəvi regional inkişaf proqramlarından imtina edilməli, məhz dediyim meyarlar, dəqiq və kəmiyyətcə ölçülə bilən və hər bir bölgəni ayrıca əhatə edən, ayrıca təsdiqlənən proqramlaşma təcrübəsinə keçilməlidir…



Xəbərin oxunma sayı : 196




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap