Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Regionlarının sosial-iqtisadi inkişafı – dövlət proqramı necə icra olundu...

Tarix 21.06.18, 6:00

Font ölçüsü : - / +
bitmap-img6


Vahid Əhmədov: “Kənd yerlərində müəyyən problemli sahələr hələ də qalır, birinci məsələ işsizlikdir”

Prezident İlham Əliyev 2014-cü ildə  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalamışdı. Fərmanda Nazirlər Kabinetinə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək tapşırılmışdı.

Həmçinin, Nazirlər Kabineti İqtisadiyyat və Sənaye Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etməli,  NK İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədi ilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparmalı idi. Bu, regionların sosial-iqtisadi inkişafı üçün təsis edilmiş sayca üçüncü proqram idi. Və bu il yekunlaşır.

Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, “2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda çərçivəsində faktiki olaraq əksər regionlarda su təchizatı, elektrik enerjisi, qaz, yollarla bağlı işlər yerinə yetirilib: “Bir çox regionlarda qaz, su təchizatı, elektrik enerjisi və s. bağlı ciddi problem yoxdur. Olsa da, uzaq kəndlərdə problem qala bilər. Amma problemlərin əksəriyyəti həll olub. Şimal bölgəsində problem yoxdur”.

Vahid Əhmədov ile ilgili görsel sonucu

V.Əhmədov onu da qeyd edib ki, proqramın ikinci tələbi yeni iş yerlərinin açılması idi: “Son vaxtlar prezidentin tələb etdiyi məsələlərdən biri regionlara investisiya qoyulmasıdır. Yəni, icra hakimiyyətlərinə göstəriş verilib ki, regionlara investisiya qoyulması ilə ciddi məşğul olsunlar. Yeni iş yerləri açılsın. Bu da müəyyən qədər yerinə yetirilib, amma hələlik müəyyən məsələlər var davam etdirilməlidir. 2016-cı ildə prezident İlham Əliyev tərəfindən strateji yol xəritəsi təsdiq olunub. Xəritədə o cümlədən, regionların inkişafı ilə əlaqədar xüsusi bölmələr var. Onlar hamısı həyat keçirilməlidir. Kifayət qədər vəsait qoyulub, su təchizatı, qaz, elektrik enerjisi, yolların çəkilişi bu gün də davam etdirilir”.

Millət vəkili həmçinin, rayon, kənd yerlərində müəyyən problemli sahələrin hələ də qaldığını deyir: “Birincisi işsizlik problemidir. Bunu həll eləmək lazımdır. İşlə təmin eləmək, müəyyən istehsal sahələri açmaq Əhali və Sosial Müdafiəsi nazirliyi tərəfindən həyata keçirilir. Prezident bununla bağlı 6 milyon manat pul ayırıb. Yeni iş yerlərinin yaradılması ilə əlaqədar icra başçılarına göstərişlər verilib ki, həm Azərbaycandan, həm də kənardan sahibkarları cəlb etsinlər”.

Əhmədov hesab edir ki, regionlarının sosial-iqtisadi inkişafı üçün dövlət proqramını davam etdirmək lazımdır: “Uzaq kəndlərdə su, işıq, qazla və yolla bağlı müəyyən problemlər qalıb. Proqram davam etdirilməlidir”.

Musavat.com





Xəbərin oxunma sayı : 550




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap