“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Regionlardan Bakıya gələn minlərlə avtomobil geri qaytarılır - VİDEO

Tarix 19.03.20, 19:51

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün gecə saat 00.00-dan etibarən xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici və yük daşıyan avtomobilləri istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişi məhdudlaşdırılıb.

Baku.Tv xəbər verir ki, artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan nəqliyyat vasitələri sərnişinlərlə birgə geri qaytarılır. Bir neçə gün bundan öncə sosial şəbəkələr və KİV-LƏ məlumat verilməsinə baxmayaraq istər sürücülər, istərsə də sərnişinlər bundan şikayətçidirlər. Gecə saatlarından başlayaraq postlarda sıxlıq hiss olunur.
interşum

“Qoymurlar da, deyirlər rayon maşınıdır. Bəs bizim xəstəmiz var, biz də gedib çatmalıyıq. Belə necə olan şeydir, qardaş?” – deyə sürücü şikayətlənir

“Bakıda körpə uşaq qalıb. İmkan versələr xanımı başqa maşınla yola salaram” – Sakin deyir

“Sənədlər hamısı düzdür, rayon qeydiyyatı olduğuna görə buraxmırlar. İndi məcbur qayıdıb rayona getməliyik.” – deyə daha bir sürücü bildirir

Əlavə olaraq Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin digər şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə həmçinin Abşeron rayonuna sərnişin daşımaları qadağan edilib. Buna məhəl qoymayan sürücülər xüsusi postlarda saxlanılaraq, geri qaytarılır

“Şəhər adamıyıq, ev eşiyimiz şəhərdədir. Rusiyadan da qonağımız var, getməliyik evə. Bizi niyə maşından düşürdürlər? Ona görə ki, şofer rayon qeydiyyatlıdır. Nə etməliyik?” – deyə digər bir sürücü şikayətlənir.

Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərara əsasən, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir. DYP əməkdaşı Qalib Bayramov bildirir ki, əmrə tabe olmayan sürücülər olmasa da, xeyli sayda narazılıq edənlər olur

“Onları da məlumatlandırırıq və bildiririk ki, bu onlar üçündür. Bakı şəhərində camaatın kütləvi yığışmasının qarşısının alınması üçün, biz də çalışırıq ki, öz vəzifə borcumuzu yerinə yetirək. “ – DYP əməkdaşı qeyd edir.

Koronavirus epidemiyasının yayılma riskinin minimuma endirilməsi məqsədilə həyata keçirilən məhdudlaşma, martın 29-na dək nəzərdə tutulur. Qeyd edək ki, xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.










Xəbərin oxunma sayı : 934




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap